7 Aprel 2026, Çərşənbə axşamı
"Qarabağ" 7 qolla qalib gəldi
Hamı yaxşı, bircə Əliyar pisdir?
"Neftçi" "Sumqayıt”ı məğlub etdi
Azər Bağırov: "Uduzacağımızı gözləyirdim"

Ölkə futbolu

“Kəpəz”in məşqləri davam edir

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Admira” ilə cavab oyunu üçün “Kəpəz” hazırlığı davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, iyulun 15-də bərpaedici məşqdən sonra “sarı-göylər” dünəndən meydanda çalışmağa başlayıblar. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib.

“Kəpəz” oyun öncəsi son məşqini matça ev sahibliyi edəcək “Dalğa Arena”da keçirəcək. İyulun 19-da saat 17:30-da “sarı-göylər”in jurnalistlər üçün mətbuat konfransı, 18:00-da isə açıq məşqi olacaq.

“Kəpəz” - “Admira” oyununun start fiti iyulun 20-də saat 20:00-da veriləcək (klub saytı).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30