Ölkə futbolu
“22 yaşımda karyeramı başa vursam da, futbolsuz qala bilmədim”
Cəmi 22 yaşında karyerasını bitirmək məcburiyyətində qalmaq futbolçu üçün çox üzücü haldır. Bəziləri futbolu atdıqdan sonra başqa istiqamətə yönəlir, bəziləri də həyat tərzinə çevirdikləri bu idman növündən ayrıla bilmir. Müsahibimiz Məhərrəm Müslümzadə də 22 yaşında zədə səbəbindən karyerasını başa vurmalı olub. Lakin o sevimli məşğuliyyətindən - futboldan ayrı qala bilməyib. Gənc olmasına baxmayaraq, artıq C kateqoriyalı məşqçilər kursundan uğurla keçərək məşqçilik fəaliyyətinə başlayıb. Futbolxeber.az saytına müsahibəsinə ilk olaraq futbola gəlişi ilə başladıq:
- 10 yaşımda “Turan”ın futbol məktəbinə yazılmışam. Bütün yaş qruplarında oynamışam. 16 yaşımda isə “Turan”ın əsas heyətinə dəvət almağa başladım. Əvvəlcə bəzi oyunlarda 18-liyə düşürdüm. Daha sonra əsas komandada debüt etdim. 2 il “Turan”ın əsas heyətində çıxış etmişəm.. Daha sonra “Rəvan”a dəvət aldım. Bu komandada 1 il oynadım. Sonra “Kəpəz”ə keçdim. Burdada əsas heyətdə çıxış edirdim. Lakin zədə bütün planlarımı alt-üst etdi. Əməliyyat olunduqdan sonra futbol oynamağım mümkün olmadı. Düzdü bir ara “Turan Tovuz”un heyətinə qoşuldum. Ümid edirdim ki, zədəmi sağalda bilərəm. Lakin 4-5 oyundan sonra hiss etdim ki, bu mümkün olmayacaq. Məcburən erkən yaşda karyeramı başa vurdum.
- Məşqçiliyə gəlişin necə oldu?
- Futboldan getdikdən sonra bir müddət özümə gələ bilmədim. Futbolu çox sevdiyimdən, özümü futbolsuz təsəvvür edə bilmirdim. Ona görə də məşqçi olmağa qərar verdim. İlk təklif də “Vətən” komandasından gəldi. Sağ olsun məktəbin rəhbəri Mustafa Həsənov məni yanına çağırıb komandada çalışa biləcəyimi söylədi. Məmnuniyyətlə qəbul etdim. İlk olaraq seleksiyaçı-məşqçi kimi fəaliyyətə başladım. Daha sonra U-11 komandasına baş məşqçi təyin olundum. Ötən il, komanda Bakı birinciliyində 2-ci yerə çıxdı. Artıq növbəti mövsümə demək olar ki, yeni komanda qururuq. Komandaya yeni uşaqlar cəlb olunub. Ümid edirəm ki, bu işdə özümü sübut edə biləcəm.
- Məşqçi kurslarında iştirak etmisənmi?
- Əlbəttə. AFFA-nın təşkil etdiyi C kateqoriyalı məşqçilər kursunu başa vuraraq kateqoriya almışam. Daha sonra “B” üçün sənədlərimi təqdim edib hazırlaşacam. Hər gün nə isə öyrənməyə çalışıram. İndi yeni bilgiləri, yenilikləri əldə etmək elə də çətin deyil. Bir çox mşəqçilərlə çalışmışam. Onlardan çox şey öyrənmişəm. Bildiklərimi yetirmələrimə aşılamaq üçün səylə çalışıram.
- “Vətən” Futbol Məktəbindəki şərait haqda danışardın...
- İlk öncə rəhbərimiz Mustafa Həsənova öz təşəkkürümü bildirmək istəyirəm. O, ölkə futbolunu düşünən insanlardandır. Bizim üçün hər cür şərait yaradılıb. İstər maddi cəhətdən, istərsə də şərait baxımından hər şey yüksək səviyyədə təşkil olunur. Bütün yaş qrupları üzrə komandalarımız ölkə birinciliyində çıxış edir. 2 müasir stadionumuz, bazamız var. İldə 2-3 dəfə komandalarımız ölkədaxili yarışlarla yanaşı, xarici ölkələrdə turnirlərdə iştirak edirlər. Rəhbərlik uşaqların inkişafı üçün əlindən gələn dəstəyi və qayğını əsirgəmir.
- Bu günlərdə Tovuzda keçirilən “Yay kubokun”da iştirak etdiniz. Yarışla bağlı nə demək istərdin?
- “Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bunun üçün “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyevə, UFM rəhbəri Rasim Əliyevə “Vətən” Futbol Məktəbi adından təşəkkürümü bildirirəm. Bizim üçün çox böyük təcrübə oldu. Belə yarışlarda nəticə önəmli deyil. Uşaqların gələcək inkişafında müsbət təsir göstərəcək bir yarış idi. Ümid edirəm ki, turnir ənənə halını alacaq. Bütün qarşılaşamalar çox maraqlı keçdi. Uşaqları sınaqdan keçirdik, nəyə qadir olduqlarını öyrəndik. Yoxlama görüşlərindən fərqli olaraq turnir ab-havası başqa olur. Eyni zamanda ölkə çempionatına hazırlıq üçün də əla sınaq oldu”.
- Gələcək planların, məqsədin nədir?
- İlk öncə öz üzərimdə çalışmalı, biliyimi təcrübəmi artırmalıyam. Qeyd etdiyim kimi, bunun üçün hər gün çalışıram. Gələcəkdə Premyer Liqada çalışmaq istəyirəm. Doğma komndam “Turan”la bunu bacarmaq mənim üçün ən böyük arzumdur. “Turan”ın elitada olmaması məni çox məyus edir. Bu komandanın, bu şəhərin yeri Premyer Liqadır. Potensial çox güclüdür. Yay kubokunda iştirak zamanı Tovuzda nə qədər istedadlı uşaqların olduğunu gördum. Azərbaycan futbolunun beşiyi Tovuz mütləq layiq olduğu yerə yüksələcək. Mən buna əminəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
12.11.2026
11.11.2026
10.11.2026
























