Ölkə futbolu
“Qəbələ”nin rəqibini tanıyaq
“Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Macarıstanın MKT klubu olub. Futbolxeber.az saytının məlumatına görə, Budapeşti təmsil edən komanda bunu Qazaxıstanın “Aktobe” klubu ilə matçlardan sonra rəsmiləşdirib. Ötən həftə səfərdə keçirdiyi ilk qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olan macarıstanlılar ev oyununda vurulan 2 cavabsız qolla mərhələ adlayıb. Meydan sahiblərinin qollarını Darko Nikaç və Bornobaş Beşe vurublar. İlk oyunda isə macarıstanlılar Şandor Torqellenin qoluna sevinmişdi. Yeri gəlmişkən, Vasilis Teodorunun baş məşqçisi olduğu MTK cari mövsümdə avrokubok matçlarını Dyer şəhərinin “Dyirmot” klubunun eyniadlı stadionunda keçirir. Buna səbəb komandanın doğma “Nandor Xedeqkuti” stadionunun təmirə bağlanmasıdır. Bu arena həm klubun, həm macar futbolunun əfsanələrindən biri olan Xedeqkutinin adını daşıyır.
Ümumilikdə isə MTK zəngin avrokubok təcrübəsinə malikdir. 1955/1956 mövsümünə təsadüf edən ilk qitə miqyaslı klub turnirində də iştirak edən budapeştlilər həmin vaxt “Anderlext”lə duellərdə uğurla debüt edib (6:3, 4:1), Çempionlar Kubokunun 1/4 finalında “Reyms”ə uduzmuşdu - 2:4, 4:4. Özünün yubiley - 20-ci avrokubok mövsümünə başlayan komandanın ən böyük uğuru 52 il əvvələ təsadüf edib. 1963/1964 mövsümündə Kuboklar Kubokunun finalına yüksələn MTK həlledici dueldə “Sportinq”ə təkrar oyunda uduzub - 3:3, 0:1. 1976/1977 mövsümündə də eyni turnirin 1/4 finalınadək irəliləyən Budapeşt təmsilçisi digər cəhdlərində bir neçə mərhələdən çox keçə bilməyib. “Aktobe” ilə bu ilki matçlaradək sonuncu dəfə 2003/2004 mövsümündə mərhələ adlayan MTK 2007/2008, 2008/2009, 2012/2013 və 2015/2016 mövsümlərində avrokuboklara qatılsa da, elə ilk rəqibinə uduzub. İndiyədək qitə miqyaslı turnirlərdə 81 matçda 31 qələbə qazanan MTK 16 heç-heçə edib və 34 dəfə uduzub.
Klubun tarixinə nəzər salsaq, MTK 1888-ci ildə yaradılıb. 128 il əvvəl yalnız qılıncoynatma və gimnastika növlərinə üstünlük verən klub 1901-ci ildə futbol bölməsi də açıb. Növbəti il aşağı dəstədə çıxış edib yüksək liqaya vəsiqə qazanan klub əvvəl 3-cü, 1904-cü ildə 1-ci yeri tutub. Bu, 23 qat Macarıstan çempionunun ilk zəfəri olub. Bu göstəricidə yalnız “Ferensvaroş”dan (29 dəfə) geri qalan komanda 1914-1925-ci illərdə ardıcıl 10 dəfə hamıdan güclü olmağı da bacarıb. Sonuncu belə uğur isə 2007/2008 mövsümünə təsadüf edib. MTK 20 dəfə gümüş medallara yiyələnməyi bacarıb. 15 dəfə ölkə kubokunun finalına yüksələn komanda 12 dəfə yarışın qalibi adını qazanıb. Bu göstəricidə də rəqibimiz yalnız “Ferensvaroş”a (22 dəfə) həsəd apara bilər. 1901-ci ildən keçirilən Macarıstan çempionatının yüksək liqasında 106 mövsüm keçirən komanda burada debüt etdiyi 1903-cü ildən sonra yalnız 3 dəfə aşağı dəstəyə düşüb. Həm 1981/1982, həm 1994/1995, həm də 2011/2012 mövsümündə budapeştlilər elə ilk cəhddən geri qayıdıblar. Sonuncu dəfə aşağı liqada oynadığı vaxt kubokun finalınadək irəliləməsi paytaxt klubuna UEFA Avropa Liqasına qatılmaq hüququ da verib. Ötən mövsüm kubokda mübarizəni 1/4 finalda dayandıran MTK UEFA Avropa Liqasına vəsiqəni çempionatın 4-cüsü kimi qazanıb. Onları bürünc medaldan cəmi 2 xal ayırıb.
Xatırladaq ki, “Qəbələ” və MTK arasında ilk oyun iyulun 14-də Macarıstanda, cavab oyunu ayın 21-də Bakıda keçiriləcək.
gabalafc.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























