Ölkə futbolu
Ramin Musayev: “Bu gün hakimlərdən heç biri rüşvət haqda danışa bilməz”
“8 ildir ki, Peşəkar Futbol Liqasına rəhbərlik edirəm. Gördüyümüz işlərdən hər kəs məlumatlıdır. Sevindirici haldır ki, çempionatımız UEFA reytinqində 24-cü yerdədir. Amma yaranana qədər 44-cü pillədəydik. Son 8 ildə ən çox sıçrayış edən çempionat Azərbaycan Premyer Liqasıdır”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri üçüncü dəfə PFL prezidenti seçilən Ramin Musayev deyib.
O, geridə qalan 8 ildə görülən işləri belə dəyərləndirib: “İşimizi görmüşük deyə bilmərik. PFL yaranana qədərə əvəzedici heyət yox idi. Klubdan gəldiyim üçün bu işi görmək çətin olmadı. Klubda çalışarkən məşqçilərdən eşitdiyim, bildirim çətinliklərin qarşısını almaq üçün klublarda əvəzedici heyət yaratdıq. Bu balaca iş görülə bilər. Ancaq bu addım çoxsaylı gənc oyunların Premyer Liqaya gəlməsinə, inkişafına səbəb oldu. "Neftçi"də işləyəndə Bakıda başqa, Sumqayıtda, Gəncədə başqa topla oynayırdıq. Qazaxda şarla oynayırdıq və futbolçular da etiraz edirdi. Ancaq biz bunları təşkil etdik. Deyirdilər PFL top satır, pul qazanır. Allaha and olsun ki, belə deyil. Topların qiymətini açıqlamayacam. Niyə? Çünki ucuz olması üçün onu başqa yolla gətirməliyəm. Amma deyim ki, oğurluq deyil. Mənə elə gəlir ki, PFL-dən əksər jurnalistlər razı qalar. Mən haqqın tərəfindəyəm". R.Musayev seçkidəki səsvermədən söz açıb: "Əlehimə əl qaldıran olmadı. Səkkiz klubun hamısı lehinə səs verdi. Çempionat zamanı emosiyalar olur. Oyun vaxtı bütün klublar mənə zəng edir. Elə klub rəsmisi olmayıb ki, oyundan sonra mənə zəng vursun və mən cavab verməyim. Bu səkkiz ildə hər bir oyunun mübahisəli anlarını, epizodları çəkmişik. Çoxları Xaqani Məmmədovdan danışır. Bu gün hakimlərdən heç biri rüşvət haqda danışa bilməz. Onların qarşısını aldıq, qovulanlar oldu. Rövnəq müəllim də deyib ki, şübhələndiyimiz hakimləri belə qovmağa hazırıq. Amma mən şübhələndiyim yox, günahı sübuta yetirilən hakimi qovuram. Son mövsümdə elə klub vardı ki, hakimlikdən çox şikayət edirdi. Amma sübuta yetirildi ki, elə deyil. Mən klubda işləmişəm və bilirəm ki, futbolçular nə çəkir. Elə bilirsiniz, bizim işimiz asandır? Klublarla söhbətimiz olur, şikayət edirlər. Bizim operatorlar çox peşəkardır və hər bir mübahisəli epizodları çəkirlər. 90 faiz bütün görüntülərdə hakimin səhv olub-olmadığını görmək olur. Əliyarın 30 yaşı olmasa da, artıq 24-cü təyinatını aldı. Bu sevindirici haldır ki, azərbaycanlı hakim avrokuboklara təyinat alır. Üç hakimimiz avrokuboklara təyinat alır və bu sevindiricidir".
PFL rəhbəri seçkidə rəqibinin olmamasına belə münasibət bildirib: "Güləşçi olmuşam və mübarizə aparmağı sevirəm. Bir dəfə yarışda rəqibim gəlmədi və üzüldüm. Rəqibimin olmaması ilə bağlı ancaq bunu deyərdim. Özümdən razı insan deyiləm. Həyatda qorxu nədir bilmirəm. Çalışdığım işdən zövq almıramsa, öhdəsindən gəlmirsə, orada işləmərəm. Tərifi sevmirəm, yerində olan tənqidi xoşlayıram. Əsasnamədə qeyd olunub ki, seçkidə Premyer Liqa klublarının rəhbərləri iştirak etməlidir. Seçkilər vaxtı I divizionda limit dəyişikliyə ilə bağlı AFFA rəhbərliyindən razılığı aldım. 24-25 yaş futbolçu üçün çox deyil".
O, "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçirilən Azərbaycan kubokunun finalında baş verən hadisələrlə bağlı danışıb: "Oyundan əvvəl elə bir şou yaratmışdıq. Bəxtimiz gətirdi ki, tüstüdən Azərbaycan bayrağı yaratdıq. Amma qiymət verilmədi. Hər kəs davadan danışdı. Bir təpik, bir şillə PFL-in aylarla əziyyətini hədər apardı. Azarkeş sevinirsə, çərçivə var, orada sevinsin. Göz gördüyündən qorxur. Həmin oyunda nə qədər əzab çəkdim. İki aylıq hazırlığımız, əziyyətimiz heç oldu. Keçmişə qayıtmayaq. Polis işçisi olmuşam deyə, onların tərəfini saxlamıram. Polislərdən haqsızlıq da görmüşəm, amma hamısı elə deyil. Azərbaycanda hüquq-mühafizə orqanları olmasa, bir-birimizi yeyərik. Niyə qadınlar, qızlar oyuna gəlmir? Çünki yersiz hərəkətlər, söyüşlər olur. Polisi qınamayın. Biz deyirik ki, vuraq öldürək, sonra polis gəlsin araşdırsın. Polis də öz millətimizdir, işini görür. Məsələn, "Qarabağ" və "Neftçi" komandalarının kubok oyununda polislərdən xahiş etdim ki, kimsə fişəng yandırsa, mane olmayın. Buna görə kimsə tutuldu? Yox! Fransada camaatı necə döyürdülər? Heç heyvanı elə döymürlər".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























