3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Kəpəz” üçün Bakıda son iki gün

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya”nın qonağı olacaq “Kəpəz” hazırlığı davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, “Sarı-göylər” Bakıda hazırlaşır. Komanda qarşıdakı matç öncəsi paytaxtda son iki məşqini bu gün və sabah keçəcək. Nizami yurdunun təmsilçisinin məşqləri “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında saat 17:30-da başlayacaq.

“Kəpəz”in heyətində iki futbolçunun yüngül zədəsi var. Tural Nərimanov və Tural Rzayevin müəyyən ağrıları olsa da, klubun tibb presonalının səyi nəticəsində hər iki futbolçu hazırlıq prosesində iştirak edə bilir.

“Kəpəz” PFK-nın rəhbərliyi Avroliqa oyununa hazırlıq üçün şərait yaratdığına görə Ağdam klubuna minnətdarlığını bildirir (klub saytı).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31