1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

İcraiyyə Komitəsinində qəbul olunan qərarlar

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Növbəti mövsüm üçün müvafiq qaydada lisenziya almış klubların sayı nəzərə alınaraq, Premyer Liqanın 2016/2017-ci il mövsümü 8 komandanın iştirakı ilə keçirilsin.

2. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, legioner futbolçular üçün klublar tərəfindən ödənilən rüsumun məbləği 5 min AZN müəyyənləşdirilsin. Təmsil etdiyi ölkənin milli komandasının üzvü olan legioner futbolçular sifariş ərizəsinə ödənişsiz daxil olunsun.

3. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, intizam qaydalarına uyğun olaraq tətbiq edilən cərimə sanksiyalarının məbləği 20 faiz endirilsin.

4. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, futbol veteranı Füzuli Cavadova və Nurəddin Əliyevə AFFA-nın təqaüdü verilsin.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30