Ölkə futbolu
Yaşar Vahabzadə: “İndidən rekord barədə düşünmürük”
21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə Futbolxeber.az saytına müsahibə verib.
- Mayın 25-dən iyunun 5-dək Sloveniyada təlim-məşq toplanışında oldunuz. Hazırlıq prosesi barədə nə söyləyə bilərsiz?
- Sloveniyada şərait çox gözəl idi. Meydançalar, otel - hamısı çox yaxşı seçilmişdi. AFFA rəhbərliyi sağ olun ki, hazırlıq keçməyimiz üçün əla şərait yaradılmışdı. Gündəlik məşqlər keçdik və yoxlama oyunlarında qüvvəmizi sınadıq. Ümumilikdə, toplanışın çox faydalı olduğunu söyləyə bilərəm.
- Keçirilən 3 yoxlama oyununu ayrı-ayrılıqda necə dəyərləndirə bilərsiz?
- İlk oyunda Sloveniyaya 1:4 hesabı ilə uduzduq. Hələ oyundan öncə komandada bir qədər yorğunluq var idi. “Qarabağ” və “Neftçi”nin oyunçuları kubokun finalından sonra bizə qoşuluşdular. Eləcə də 2 futbolçumuz əsas millidən bizə qoşulmuşdu. Rəqibin vurduğu 4 qoldan üçünü öz səhvimizdən buraxdıq. Əsas heyətdə 1997-ci il təvəllüdlü Bəhlul Mustafazadəni oynatdıq. Amma ikinci oyunda sloveniyalıları məğlub etdik. İlk matçdakı səhvləri ikinci görüşdə təkrarlamadıq. Uşaqlar əzmkarlıq nümayiş etdirdilər. Üçüncü oyunda Bosniya və Hersoqovina ilə qolsuz bərabərə qaldıq. Oyuna yaxşı başlamışdıq. Topa nəzarət bizdə idi. Oyun ərzində fərqlənmək üçün şanslarımız olsa da, dəyərləndirə bilmədik. Fasilədə müəyyən dəyşiklik etdik. 50-ci dəqiqədə qırmızı vərəqə aldıq. Orxan Əliyevə göstərilən qırmızı vərəqə haqlı idi. Azlıqda qaldıqdan sonra əks-hücumlara bel bağladıq. Qol vurmaq üçün əlimizə imkan düşsə də, hücumçularda dəqiqlik çatmadı.
- Sloveniya millisi güclü rəqibdir. İlk oyundakı böyükhesabı məğlubiyyətdən sonra belə güclü rəqibə qarşı komandanı ikinci matç üçün psixoloji cəhətdən hazırlamaq çətin olmadı?
- Çətinlik həmişə olur. İlk oyundan sonra uşaqlara dedim ki, bu nəticəni unutmaq lazımdır. Buraxılan səhvləri başa saldıq, oyunçular da xətalarını anladılar. Dediyim kimi, Sloveniyaya öz səhvlərimizdən uduzmuşduq. Həm kollektiv, həm də fərdi qaydada uşaqlarla söhbətimiz oldu.
- Budəfəki toplanışa yeni oyunçular cəlb etmişdiniz. Onlardan nə dərəcədə razı qaldınız?
- Heyətə cəlb etdiyimiz yeni oyunçuların əksəri 1996, 1997-ci il təvəllüdlü futbolçular idi. Bəzilərindən oyunlar zamanı istifadə edə bimədik. Əsas odur ki, millidəki ab-havanı hiss etdilər. Çünki növbəti tsikldə məhz onlar U-21-də oynayacaqlar. Son tsikldə Budaq Nəsirov elə də çox oynamaq ikmanı qazanmırdı. Ondan, Fəhmin Muradbəylidən yararlanmağa çalışırdıq. Son oyunda Ehtiram Şahverdiyevə şans verdik. Özünü yaxşı tərəfdən göstərdi. Qarşıda Farer adaları və Finlandiya ilə oyunlarımız var. Bu toplanışda həmin oyunların hazırlığını da düşünürdük.
- Seçmə mərhələdə qapını əsasən Şahruddin Məhəmmədəliyevə tapşırırdız. Onun yoxluğunda toplanışda Rəşad Əzizli və Tərlan Kərimliyə şans verdiniz. Onların çıxışı sizi qane etdi?
- Hər iki qapıçıya şans verdik. İlk oyunda qapını Əzizli qoruyurdu. Elə epizodlar oldu ki, komandanı xilas edə bilmədi. Halbuki 4 qoldan 2-də komandaya kömək edə bilərdi. İkinci oyunda Tərlan qapıda idi. O, bir neçə epizodda komandanı qoldan xilas etdi.
- Seçmə mərhələnin son 2 oyunu üçün əsas qapıçı qismində kimi görərsüz?
- Hələ oyunlara vaxt var. İndidən bir söz deyə bilmərəm. Şahruddin əməliyyat olunub. Növbəti oyunlar üçün yenidən heyətə qayıda bilər
- Sentyabrda Farer adaları ilə qarşılaşacaqsınız. Həmin oyuna qədər planlarınız nədən ibarətdir?
- Elə bir planmız yoxdur. Təlim-məşq toplanışı keçmək üçün vaxt yoxdu. Çünki qarşıdan avrokuboklar gəlir, sonra isə ölkə çempionatı başlayacaq. Farer adaları ilə oyundan əvvəl Bakıda toplaşıb, hazırlıq keçəcəyik.
- U-21-in 3 üzvü əsas milliyə dəvət almışdı. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı.
- Həmişə demişəm ki, bizim əsas işimiz milliyə futbolçu verməkdir. Əvvəldən razılaşmışdıq ki, əsas milliyə yollanan 3 oyunçu sonradan U-21-in düşərgəsinə qayıdacaq. Lakin Robert Prosineçki Adil Nağıyevi yığmanın düşərgəsində saxladı. Onun yoxluğu bizim oyuna təsir etsə də, bu məqam bizi sevindirir. Çalışırıq ki, gələcəkdə daha çox oyunçu U-21-dən əsas komandaya cəlb olunsun.
- Bu vaxta qədər gənclər yığmamız seçmə mərhələdə ən çox 9 xal toplayıb. Hazırda isə tsiklin sonuna 2 oyun qalıb və komandanız 7 xala malikdir. Farer adaları və Finlandiya ilə görüşlərdə toplanacaq minimum 3 xal Yaşar Vahabzadənin komandasını rekordçu edəcək. Bu məqam məsuliyyətinizi daha da artırır?
- Gəlin, tələsməyək. İndidən rekord haqda düşnmürük. Əvvəlcə nəticəni qazanmaq lazımdır. Təki sentyabra qədər zədəli futbolçularımız olmasın.
- Xeyli müddətdir klubsuz olan Elnur Cəfərov Sloveniyada özünü necə göstərdi?
- 3 oyunun 3-də də əsas heyətdə ona şans verdim. İstəyirdim ki, oyun praktikası çalışsın. Düzdür, meydanda Elnur çalışırdı, mübarizə aparırdı. Amma dərhal görünürdü ki, oyun təcrübəsi yoxdur. Bu da onun zəifəməsinə gətirib çıxarır.
- Zədəli olduğu üçün Rusiya ilə görüşdən kənarda qalan Kərim Benkheyə bu dəfə də dəvət göndərmədiniz. Səbəb nə idi?
- O, hələ də məşqlərə başlamayıb, zədəlidir. Mütəmadi olaraq onunla əlaqə saxlayırıq. Orada da çemponat bitib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- “Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- “Neftçi”nin rəqibləri müəyyənləşdi
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
-
15:53
Emil Balayev “Dinamo”ya qarşı oynayacaq?
-
15:21
3 yunan-Roma güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib
-
15:09
"Qarabağ"ın oyununda qorxulu bir şey görmədim"
-
14:45
Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunun finalına yüksəlib
-
14:18
Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
-
13:54
Prezidentdən Azərbaycandakı dünya çempionatı ilə bağlı Sərəncam
-
13:37
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək
-
13:20
Tanınmış hakim karyerasını başa vurdu
-
12:56
Ədalətin qələbəsi
-
12:12
"Zaqatala" baş məşqçisi ilə yolları ayırdı
-
11:43
“Neftçi”nin yetirməsi MOİK-də
-
11:01
UEFA-dan Kamal Umudluya növbəti təyinat
-
10:39
Azərbaycanlı idmançı beynəlxalq triatlon yarışında qızıl medal qazanıb
-
10:25
Azərbaycan avarçəkənləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:14
Azərbaycan millisi Afinaya yollandı
-
09:58
Ceyhun Nuriyev: “Zirə”dən ayrılandan “Araz-Naxçıvan”ı düşünürdüm”
-
09:47
Azərbaycan millisi Qazaxıstana qalib gəlib
-
09:30
"Turan Tovuz" Türkiyə klubuna qarşı
-
22:43
Azər Məmmədov: “Bəzi mövqeləri yeni transferlərlə gücləndirəcəyik”
-
22:00
Toral Bayramov “Şaxtyor”a qarşı oynadı
-
20:36
"Sumqayıt" "Kəpəz"lə bərabərə qaldı
-
20:21
"Şamaxı" Qətər klubuna qalib gəldi
-
19:17
Avropa Cüdo Ümidləri Turnirində medalçılar müəyyənləşib
-
18:49
Emrelinin komandası çempionata məğlubiyyətlə başladı
-
18:05
Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi olub
-
14:52
Basketbol millimiz İslandiyaya uduzub
-
14:34
AMADA və Qış İdman Növləri Federasiyası milli komanda üzvləri üçün antidopinq seminarları keçirib
-
14:00
Zaur Həşimov: “Bəzi futbolçular bizimlə cəmi 4-5 məşqə çıxıb”
-
11:48
Erməni güləşçilər dünya çempionatı üçün Bakıya gəliblər
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
Nəriman ehtiyatda qaldı, komandası qalib gəldi
-
10:31
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
-
10:17
“Sumqayıt” “Kəpəz”ə qarşı
-
10:09
Kaxaber Sxadadze: “Yeni oyunçuların yolunu gözləyirik”
-
09:45
"Neftçi" "Dinamo" ilə cavab oyununa hazırlaşır FOTOLENT
-
21:45
"Kəpəz" zambiyalı legionerlə gücləndi
-
21:23
“Şahdağ Qusar” “Sabah”ı darmadağın etdi
-
21:01
Kamilo Duran "Milan"a qol vurdu
-
20:37
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
-
20:18
“Şahdağ-Qusar” kamerunlu yarımmüdafiəçi ilə gücləndi
-
19:59
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib
-
19:00
U-18 basketbol millimizdən ilk qələbə
-
18:26
"Mançester Siti" onunla müqaviləni yenilədi
-
17:45
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub FOTOLENT
-
17:14
Azərbaycanın 3x3 basketbol komandaları Minskə yollanıblar
-
16:32
Qazaxda velosiped üzrə Federasiya Kuboku yarışları keçirilib
-
16:03
“Qarabağ”ın oyunu avrokuboklarda TOP-5-ə düşdü
-
15:27
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
-
14:51
Vozinyanın yeni klubu müəyyənləşdi
-
13:48
Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar
27.07.2026
26.07.2026
25.07.2026























