15 Oktyabr 2025, Çərşənbə
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları
Millimiz Ukraynaya uduzdu

Ölkə futbolu

Subaşiç "Orduspor"a keçir

Türkiyənin “Orduspor” klubu millimizin hücumçusu Branimir Subaşiçi heyətinə cəlb edir. Futbolxeber.az-ın məlumatına görə, "Qarabağ”dan gedəndən sonra sərbəst olan 31 yaşlı milliləşdirilən serbiyalı futbolçu ilə razılıq əldə edən I divizion təmsilçisi müqavilə imzalayandan sonra keçidini rəsmiləşdirəcək.

Superliqada yerini qoruya bilməyən “Orduspor” I liqaya düşəndən sonra türk ölkələrindən 3 futbolçu gətirib, legioner sayılmamaq qaydasından yararlanır. Belə ki, klub prezidenti Nedim Türkmən Azərbaycan və Qazaxıstandan futbolçu almaq istədiklərini açıqlayıb. Qazaxıstan yığmasının üzvləri David Loriya və Samat Smakovla yanaşı, Azərbaycan vətəndaşlığını daşıdığından əcnəbi sayılmayacaq Subaşiç siyahıya daxil edilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31