Ölkə futbolu
Cavid Hüseynov təqsirsizdir və bəraət almalıdır
Cavid Hüseynova hökm oxunandan (4 il) sonra mövzu əvvəlkinə nisbətən daha qızğın müzakirələrə səbəb oldu. Jurnalist Rasim Əliyevin ölümünə/öldürülməsinə görə həbs olunanlar və onlara verilən cəzalar məlumdur. Ancaq Hüseynovun bu prosesdə təqsir dərəcəsi nə qədərdir – bunu qanunla izah eləməyin vaxtıdır. Məhkəmə qərarı – hökm məlumdur, indi dolaşıq olan ictimai fikrin aydınlanması üçün hüququn bu hadisəyə interpretasiyasını təmin eləməyin vacibliyi var qarşımızda.
Həmkarımızın ölümüylə nəticələnmiş olayı isti başla şərh edəndə biz hadisədə “qarşı tərəf” kimi bu və ya digər formada iştirakçı olmuş bütün subyektləri günahkar/cinayətkar saydıq. Şəxsən mən Hüseynovu qatil adlandırmışdım “facebook”dakı statusumda. Ancaq məhkəmə prosesində üzə çıxanları izlədikcə mətləblər daha aydın şəkildə münasibət bildirməyimizə səbəb olurdu.
Nəhayət, hökm oxundu və hesab edirəm ki, mövzu ətrafında prosesləri əvvəldən sonadək olan təhlil etmək lazımdır.
Əvvəla, hüquqa boylanaq, görək, verilən hökmlə Cavidin hüquqları pozulub, yoxsa layiqli cəza alıb...
***
Cavidin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsinə, konkret olaraq maddənin 1-ci və 2-ci bəndlərinə nəzər salıb, təhlil edək.
CM-in bu maddəsində nəzərdə tutulmuş “cinayətin ictimai təhlükəliliyi” ondan ibarətdir ki, qabaqcadan vəd etmədən ağır və ya xüsusilə ağır cinayəti gizlətmə, hazırlanan cinayətin vaxtında qarşısını almağa, cinayət törədiləndən sonra isə cinayətkarın yaxalanmasına, ifşa olunmasına və cəmiyyətdən təcrid edilməsinə mane olur. Digər tərəfdən, belə hərəkətlər cinayətkar meyllərin güclənməsinə zəmin yaradır və s.
Yəni cinayət tərkibli əməli törədən şəxs ədalət mühakiməsi orqanlarının cinayətin açılması üzrə fəaliyyətinə mane olur, nəticədə məhkəmə ona qarşı qərarda daha radikal davranır.
***
Cavidə, necə deyərlər, tətbiq olunan CM-in 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə xəbər verməməni ifadə edir. Xəbər verməmə dedikdə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilən şəxsin bu barədə məlumatı hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə bildirməmədə ifadə olunan hərəkətsizliyi başa düşülür. Yəni maddənin subyekti nə isə etməlidir, amma etmir, susur/gizlədir.
Cinayətin digər növləri, yəni böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər barədə xəbər verməmə isə cinayət hesab edilmir.
Cavid isə bütün məhkəməboyu kifayət qədər açıq izahatlar vermişdi, təqsirləndirilən maddələr üzrə ittiham edilməsinin doğru olmadığını ortaya qoymuşdu.
Bəlkə yanlış edərəm, ancaq məhz hüququn, qanunun mövzuya aid şərhi bu cür mənzərə açır. Biz Cavid məsələsini çoxdan araşdırırıq...
Şəxs hazırlanan və törədilən cinayət barədə, daha da dəqiq desək, hazırlanan və törədilən ağır və ya xüsusilə ağır cinayət barədə məlumatlı olmalı idi və bu məlumat etibarlı mənbədən olmalıdır. Bəs Cavid hadisənin "ağır cinayətliliyindən" məlumatlı idimi?
CM-in 307.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin “obyektiv cəhəti” “qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə”də ifadə olunub. Burda gizlətmə dedikdə, qabaqcadan vəd etmədən cinayətkarın özünün, cinayət izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, cinayət nəticəsində əldə edilmiş əşyaların təqsirkar tərəfindən gizlədilməsi başa düşülür. Cavid bu detallar üzrə heç bir halda iştirakçı deyilsə, maddənin ona tətbiqi nə qədər doğrudur?
Bir az daha detallı nəzər yetirək.
CM-in 307.2-ci maddəsinə görə: təqsirkar ağır cinayəti qabaqcadan vəd etmədən gizlətdiyini dərk edir və bunu törətməyi arzu edir. Qanun deyir ki, motiv tamah və ya başqa niyyətlər ola bilər.
Yuxarıdakı təhlildən çıxara biləcəyimiz nəticələr bunlardır.
307.1 maddə (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) üzrə:
1. Maddənin subyekti ola biləcək şəxs hər hansı bir cinayətin deyil, yalnız və yalnız ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilməlidi.
2. Maddənin subyekti ola biləcək şəxs hər hansı bir cinayətin deyil yalnız və yalnız ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə məlumatı hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə bildirməməlidir.
3. Maddənin subyekti ola biləcək şəxsin birbaşa qəsdi olmalı, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və törədilməsini yəqinliklə bilməli, bu barədə xəbər vermədiyini dərk etməli və bunu arzu etməlidir.
4. Maddənin subyekti ola biləcək şəxs ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və törədilməsini etibarlı mənbədən və dəqiq olaraq əldə etməlidir.
307.2-ci maddə (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) üzrə:
1. Maddənin subyekti ola biləcək şəxs hər hansı bir cinayətin deyil yalnız və yalnız ağır cinayəti gizləməlidir.
2. Maddənin subyekti ola biləcək şəxs hər hansı bir hərəkət deyil, qabaqcadan vəd etmədən cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaların gizlədilməsində ifadə olunan hərəkətlər etməlidir.
3. Maddənin subyekti ola biləcək şəxsin birbaşa qəsdi olmalı, hər hansı bir cinayətin deyil yalnız və yalnız ağır cinayətin gizləməməsini dərk etməli və bunu arzu etməlidir.
4. Maddənin subyekti ola biləcək şəxs gizlətməni yəni, cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaları gizlətməyi başa çatdırmalıdır. Yəni gizlətmə hazırlıq və cəhd aşamasında qalmamalıdır. Gizlətmə gerçəkləşməlidir. Gizlətmə ilə hədəflənən nəticə əldə olunmalıdır.
Maddənin təhlilini apardıqdan sonra, konkret verilmiş ittiham, ittiham üzrə çıxarılmış hökm, təqsirkarın cinayət hadisəsi öncəsi və sonrası davranışları, telefon yazışmalarını da nəzərdən keçirək.
Verilmiş ittihamda iddia olunur ki, təqsirləndirilən şəxs cinayətin hazırlanmasını bilərək həmin cinayət barədə xəbər verməyib, qabaqcadan vəd eləmədən ağır cinayəti gizlədib.
Cavid Kliniki Tibbi Mərkəz xəstəxanasına gələrək müxtəlif vədlər vermək yolu ilə zərərçəkəni cinayət haqqında rəsmi dövlət orqanlarına məlumat verməkdən çəkindirib, daha sonra sübut əhəmiyyəti olan telefon yazışmalarının silinməsini bibisi oğluna tapşırmaqla qabaqcadan vəd etmədən ağır cinayəti gizlədib.
Sual yaranır:
Təqsirləndirilən şəxsin öz qohumuna kifayət qədər təsir imkanları olduğu halda heç bir tədbir görmədiyi, onu qanunsuz əməldən çəkindirmədiyi qənaətinə gəlmiş ittiham tərəfi iş materiallarında olan və mətbuatda da yayımlanmış, təqsirləndirilən şəxsin öz qohumunu hər vəchlə mərhumun üzr istəyəcəyini, lazımsız hərəkətlər etməməli olduğunu, məsələnin barışıqla həll olunmasına dair tələb və istəklərini əks etdirən telefon yazışmalarını oxuyubmu?!
Bu materiallarla biz – media olaraq rahat tanış ola bildik və ictimaiyyəti də məlumatlandırdıq. Bəs ittihamı tərəflə məhkəmə niyə hüququn doğru tətbiqini gerçəkləşdirməyib?
Biz hamımız oxuduq. Və oxuduğumuz o oldu ki, təqsirləndirilən dəfələrlə öz qohumuna “lazım deyil” yazır. Qohumu da təqsirləndiriləni inandırmağa çalışır ki, üzr istəsin, başqa söhbət olmayacaq. Bu telefon yazışmalarına rəğmən, bu yazışmaları oxuduqdan sonra birini, kifayət qədər təsir imkanları olduğu halda, heç bir tədbir görmədiyi, onu qanunsuz əməldən çekindirmədiyi qənaətinə gəlmək mümkün deyildi.
İttiham tərəfi, Cavid Hüseynovun cinayətkarcasına hərəkətsizliyə yol verərək, CM-də nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma kimi ağır cinayətin hazırlanması barədə xəbər vermədiyini müəyyən etməklə onu Cinayət Məcəlləsinin 307.1 maddəsinin subyektinə çevirmiş olub, hökmlə məhkəmə həmin ittiham üzrə təqsiri sübut edilmiş hesab edərək cəza təyin edib.
Lakin yuxarıda, 307.1 maddəsinin təhlilinə baxdığımız zaman müəyyən olunur ki, həm ittiham tərəfi, həm də məhkəmə qanunun tətbiqində xətaya yol verilib.
Yenə sual yaranır:
Cavid cinayətin hazırlanması mərhələsində hardan və necə bilə bilərdi ki, törədiləcək cinayət ağır və ya xüsusilə ağır cinayət olacaq?! Axı yazışmalarda o hadisəni törədən qohumuna lazım deyil, başqa söhbət olmasın, üzr istəyəcək yazır. Qohumu da təqsirləndiriləni inandırmağa çalışır ki, üzr istəsin, başqa söhbət olmayacaq.
307.1-ci maddənin təhlilindən anladıq ki, maddənin subyekti ola biləcək şəxs hər hansı bir cinayətin deyil, yalnız və yalnız ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilməli idi, həmçinin birbaşa qəsdi olmalı, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və törədilməsini yəqinliklə bilməli, bu barədə xəbər vermədiyini dərk etməli və bunu arzu etməli idi. Başqa heç bir halda təqsirləndirilə bilməzdi. Cavid məsələsində ortaya çıxan faktların heç biri bu madənin subyekti olmağa imkan vermir.
Məhkəmə hansı formada müəyyən etdi ki, təqsirləndirilən şəxs, cinayətin hazırlanması zamanı zərərçəkmiş şəxsə (mərhuma) az ağır deyil, məhz ağır zərər vurma kimi ağır cinayətin baş verəcəyini bilirdi və bunu da xəbər verməli idi. Bu, aydın olmadı. Mərhum dünyasını dəyişənə qədər aldığı xəsarətlərin yüngül, az ağır və ya ağır olduğunu heç müalicə həkimi müəyyən edə bilməmişdisə, təqsirləndirilən şəxs bunu hardan bilməli idi ki, xəbər verməli olduğunu da özünə borc bilsin?
Təqsirləndirilən şəxs həm də ona görə ittiham və məhkum edilib ki, o, cinayətin törədilməsi barədə məlumatı alandan sonra törədilmiş cinayəti gizlətmə qərarına gəlmiş, bu məqsədlə Kliniki Tibbi Mərkəz xəstəxanasına gələrək müxtəlif vədlər vermək yolu ilə sonuncunu cinayət haqqında rəsmi dövlət orqanlarına məlumat verməkdən çəkindirib, daha sonra sübut əhəmiyyəti olan telefon yazışmalarının silinməsini bibisi oğluna tapşırmaqla qabaqcadan vəd etmədən ağır cinayəti gizlədib.
İş materiallarından da anlaşılır ki, təqsirləndirilən şəxsin mərhum sağ ikən xəstəxanada ziyarəti zamanı onu şikayətindən vaz keçirdiyinə dair heç bir sübut, şahid ifadəsi yoxdur. Xəstə ziyarəti zamanı təqsirləndirilən şəxsin yanında olmuş və ifadəsi alınmış şahid də bunu etiraf edir. İttiham tərəfi, məhkəmə qərəzdən uzaq olsaydı, rahatlıqla müəyyən edərdi ki, zərər çəkmişlə barışmağa cəhd etmək, onun xəstəxana məsrəflərini, vurulmuş zərəri qarşılamağa cəhd etmək, onun könlünü almağa çalışmaq cinayəti gizlətməyə cəhd deyil.
Yuxarıda CM-in 307.2 maddəsinin təhlilindən də anlaşılır ki, maddənin subyekti ola biləcək şəxs hər hansı bir hərəkət deyil, qabaqcadan vəd etmədən cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaların gizlədilməsində ifadə olunan hərəkətlər etməlidi. Bir sözlə, gizlətmə ilə hədəflənən nəticə əldə olunmalıdır, ancaq biz məsələyə hansı yandan baxsaq, belə bir alınmır.
Həm ittiham tərəfi, həm də məhkəmə anlamağa məcbur idilər ki, təqsirləndirilən şəxs hadisəni törətmiş qohumundan telefon yazışmalarının silinməsini tələb edibsə, bu, başqasının törətdiyi cinayətin gizlədilməsinə deyil, öz adının bu cinayətdə haqsız yerə hallandırılmasının qarşısını almağa xidmət edib. Yəni bu hərəkətlə kiminsə törətdiyi cinayət gizlədilmir, şəxs özünü əsassız şübhələrdən sığortalamış olur. Məhkəmə bilməli idi ki, şəxsin özünə aid hissədə davranışları, törədilmiş cinayətin gizlədilməsinə xidmət etmir, CM konkret bunu istisna edir.
Elçin CƏLİLOV, futbolpress.az
< br/>
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
- Qərəz, sifariş, yoxsa şəxsi maraq?
- FIFA prezidenti COP29-da iştirak üçün Bakıya gəldi – Elxan Məmmədovun müşayiəti ilə
- İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”
- Milli Məclisdə Azərbaycan futbolunun müzakirəsi
- Kölgədən qorxanlar
- “Neftçi” üçün yeni sponsor - RƏSMİ
- Qara Qarayev: “İdmançı kimi, insan kimi keçdiyim yolda bu şeyləri haqq etmirəm”
- “Zirə”nin debütantı: “Araz-Naxçıvan” mənim üçün prinsipial rəqibdir”
- Veteranlar İttifaqının sədrindən Balakişi Qasımova cavab: “Şərait yaradılmalıdır”
- “Neftçi” bu gün meydana Zəfər Günü ilə əlaqədar xüsusi hazırlanmış formada çıxacaq
- Qara Qarayevin “Araz-Naxçıvan”la imzalayacağı müqavilənin müddəti məlum oldu
- Elmar Baxşıyev: “Onun həm insani, həm də futbolçu keyfiyyətləri məni qane edir”
- "Sonda absurd qol buraxdıq"
- “Qarabağ” - “Ayaks” oyunundan əvvəl konsert olacaq
-
14:52
"Kəpəz"in futbolçusu əməliyyat olundu
-
14:17
"Sumqayıt" "Şamaxı" ilə oyunun hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:28
İlham Yadullayev: "Millimizin futbolçuları rəqiblərdən geri qalmırdılar"
-
13:01
Minifutbol üzrə ölkə çempionatı: 3 oyunda 20 qol
-
12:34
Elxan Abdullayev: "Buraxdığımız ikinci qol tamamilə gözlənilməz oldu"
-
11:46
Azərbaycan yığması EEVZA çempionatında iştirak edəcək
-
11:13
Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub FOTOLENT
-
10:55
Mərkəzi oyunu FİFA referiləri idarə edəcək
-
10:39
Mingəçevirdə üzgüçülük məşqçiləri üçün təlim keçirilib
-
10:22
Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
-
09:58
Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
-
09:47
"Kəpəz"in legioneri: "Yaxşı işləyirsənsə, nəticəsi olacaq”
-
09:30
"Qəbələ" 20:0-lıq qələbə
-
18:04
Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib
-
17:46
“Turan Tovuz”dan COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə FOTOLENT
-
17:17
"Şamaxı"nın məşqçilər korpusunda ayrılıq
-
16:52
Ramon Maçado: “Araz-Naxçıvan”ın ikinci yerdə olması bizim üçün də sürprizdir”
-
16:33
Patrik Vieyra rəsmən İtaliya klubunda
-
16:20
Amerikalı legioner: "Bakı mənə çox doğma gəlir"
-
15:58
"Komandada çox yaxşı atmosfer var"
-
15:11
"Qarabağ" - "Lion" oyununa nə qədər bilet satılıb?
-
14:45
Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək
-
14:24
Azərbaycan millisi Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
-
14:06
Millimizə 4 qol vuran hücumçu: "Təbii ki, bundan həzz alırsınız"
-
13:53
Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
-
13:32
Nazir: "MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına ayrıca vəsait ayrılır"
-
13:17
Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
-
12:49
XIV turun hakim təyinatları
-
12:20
Argentina 3 xalı tək qolla qazandı VİDEO
-
11:58
Milli Məclisin komitə sədri: "Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı"
-
11:13
Braziliya öz meydanında büdrədi VİDEO
-
10:46
"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq
-
10:25
Rauf Məmmədov Dünya Kubokuna vəsiqə qazanıb
-
10:04
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb
-
09:51
"Barselona" 137 milyonluq səhifəsində Laportanın Bakıya səfəri ilə bağlı video paylaşıb
-
09:39
Yankoviç Türkiyə ilə oyunda məhsuldar ötürmə müəllifi oldu VİDEO
-
09:27
Əliyar Ağayev Bosniya və Herseqovina - Niderland matçını idarə etdi
-
09:12
İsveç millimizi topa tutdu VİDEO
-
01:40
Azərbaycan millisindən biabırçı nəticə - D Liqasına düşdük
-
01:36
Millimiz darmadağın oldu
-
21:39
"Neftçi"nin futbolçusu millidə dubl etdi
-
19:12
“Sumqayıt”dan azarkeşlərə jest: 75 illik münasibəti ilə giriş biletsiz olacaq və fan-zona təşkil ediləcək VİDEO
-
18:53
Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib
-
18:27
Basketbol millimiz İrlandiyaya yola düşüb
-
18:08
"Əsas məqsədimiz Azərbaycan çempionu olmaqdır"
-
17:45
“Forbes” “Qarabağ”ın keçirdiyi tədbirdən yazdı
-
17:30
Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
-
17:16
U-19 da qrup sonuncusu oldu
-
16:59
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
-
16:21
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması