Ölkə futbolu
İdman jurnalisti olmayın...
Az əvvəl sosial şəbəkədə həmkarlarımdan birinin Parislə bağlı paylaşdığı 3-4 dəqiqəlik videonu izlədim. Hazırda Fransa paytaxtı dünyada ən çox turistə qucaq açan şəhərdir. Bu da səbəbsiz deyil. Çünki iyunun 10-da Fransada futbol üzrə növbəti Avropa çempionatı start götürəcək. İllərdir “xəyallardan qurtul, reallıqlarla yaşa” prinsipinə əməl etməyə çalışsam da, həmin 3-4 dəqiqəlik videonu izlədikdən sonra insan istər-istəməz “kaş, indi Parisdə olardım” deyə, düşünür.
Avropa çempionatı, qitənin ən güclü yığmaları, ulduz futbolçular, minlərlə azarkeş və möhtəşəm futbol...İdman jurnalistikasını ürəkdən sevən hər bir reportyor həmin ab-havanı yaşamaq, AVRO-2016-da iş başında olmaq istəyir. Nə olsun ki, bizim yığmamız o turnirdə iştirak etmir. Millisi Avropa çempionatında olmayan, amma özü Fransaya yollanacaq o qədər həmkarımız var ki...
Axı, bizim günahımız nədir? Nəyə görə biz hər dəfə nəhəng turnirləri yalnız azarkeş kimi izləməliyik? Nə üçün saytımıza yazdığımız xəbərləri Rusiya, Türkiyə, Ukrayna, İngiltərə, İtaliya, Fransa mətbuatında axtarmalıyıq?
Düzdür, bəzən istisnalar olur. Məsələn, son dünya çempionatının bəzi oyunlarını dəyərli həmkarımız Anar Şabanoğlu canlı izləyib. Yaxud, İTV-dən hamınızın çox yaxşı tanıdığı Tural Dadaşov azarkeşi olduğu Almaniyanın dördüncü dəfə dünya çempionu olmasına “Marakana”da canlı şahid olub. Elçin Cəlilov öz hesabına "Barselona"nın bazasında 1 həftəlik təcrübə keçib. AFFA-nın sayəsində son UEFA Superkubokunu Tiflisdə 20-dən artıq azərbaycanlı jurnalist izləyib. Amma bütün bunlar azarkeş səviyyəsini ötməyib. Yəni, bizlər həmin oyunları jurnalist kimi yox, adi azarkeş kimi izləmişik. Nə dünya səviyəli ulduzlardan müsahibə, açıqlama almaq imkanımız olub, nə də oyunöncəsi və sonrası mətbuat konfranslarında iştirak etmək hüququmuz...
Hər şey maliyyə ilə bağlıdır. Təəssüf ki, bu gün Azərbaycan idman mətbuatında heç bir qəzetin, saytın öz əməkdaşının Fransaya göndərmək imkanı yoxdur. Bu gedişlə yaxın gələcəkdə olması da real görünmür.
Yeganə təsəllimiz CBC-Sportdakı həmkarlarımızın idman mətbuatımızın tarixində ilk dəfə olaraq Avropa çempionatında iş başında olmalıdır. Bu kanalı ən çox tənqid edənlərdən biri olsam da, bu dəfə Fransaya yollanan həmkarlarımızın adına qürur duydum, sevindim. Qoy, onlar hamıya sübut etsinlər ki, azərbaycanlı idman jurnalistləri də çox şeyə qadirdilər. Sadəcə, bunun üçün şərait lazımdır.
Böyüklük kimi çıxmasın, amma gələcəkdə idman jurnalisti olmağı arzulayan gənclərimizə bu yolu seçməmələrini məsləhət görərdim. Səbəblər çoxdur. Sizin min bir əziyyət bahasına ortaya çıxardığınız xəbərin hansısa müğənninin soyunması qədər dəyəri olmayacaq. Sizin min bir çətinliklə aldığınız müsahibə 2 şou-biznes nümayəndəsinin atışması qədər oxunmayacaq. Avropa və dünya çempionatlarında iş başında olmağı ancaq arzu edəcəksiz. Ən yaxşı halda, avrokuboklarda oynayan klublarımızın sayəsində Avropanın qabaqcıl stadionlarında olacaqsız, vəssəlam. Gec başa çatan oyunlar zamanı işinizi tez yekunlaşdırmağa çalışacaqsınız ki, metroya çata biləsiz və s...Odur ki, nə qədər gec deyil, fikrinizi dəyişin. Unutmayın ki, idman mətbuatı yalnız fədailərin yeridir...
İBRAHİM
P.S. Reketçiliklə məşğul olanların, əsl idman jurnalisti adına ləkə gətirənlərin söhbətə heç bir aidiyyatı yoxdur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























