Ölkə futbolu
Çingiz Abdullayev: "Vəli Qasımovla heç olmasa, iki mərhələ keçməliyik"
"Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin müsahibəsi
- Bir neçə gün əvvəl Müşahidə Şurasının iclası keçirildi. Nələr müzakirə olundu?
- Qərara gəldik ki, Vəli Qasımov baş məşqçi vəzifəsində qalsın. Son oyunlar onun yaxşı işlədiyini göstərdi. Ona görə də hesab etdik ki, Qasımov bu postda qalmalı və futbolçularla işləməlidir. Üstəlik, o, bir ilədək idman direktoru vəzifəsində çalışdığından, komandanı yaxşı tanıyır.
- Sizcə, Vəli Qasımovla Avropa Liqasında uğur qazanmaq mümkün olacaq?
- Heç olmasa, iki mərhələ keçməliyik. Amma təbii ki, daha da irəli getmək istəyirik. Hazırda Qasımov iki vəzifəni icra edir. Müşahidə Şurasının iclasında qərara almışıq ki, bu vəzifələrdən birinə - idman direktoru postuna kimisə dəvət edək, bizə kömək etsin.
- Bir müddət öncə Müşahidə Şurasının üzvü Səməd Qurbanov bütün mövqelərin gücləndirilməsinin vacibliyini vurğulamışdı. Artıq bu mövqelərə namizədləriniz var?
- Təbii ki... Xaricdən 3-4 futbolçu dəvət etmək istəyirik. Amma bu məsələ kimi istədinsə gətirməklə deyil. Bir neçə ay ərzində namizədlərə baxır, yerindəcə izləyir, seçim edir, danışıqlar aparırıq. Əlbəttə, komandanı gücləndirmək istəyirik. Bəzi legionerlərimizlə müqavilələr başa çatıb. Onların yerinə yeni oyunçular dəvət etməliyik. Seleksiya sarıdan komandanı gücləndirmək niyyətindəyik. Amma ilk gündən ümumi xəttimiz belədir ki, "Neftçi" kimi milli brend sayılan komandada əksər oyunçular azərbaycanlı olmalıdır. Fikir vermisinizsə, 2014-2015 mövsümündə Azərbaycan Kubokunun final matçında neçə, 2015-2016 mövsümündə neçə yerli oyunçu var idi. Hesab edirik ki, bu xətt düzdür. Hazırda "Neftçi" ən gənc komandalardandır. Əsas heyətdə 20-21 yaşlı futbolçular yetərincədir. Bu xətti davam etdirməliyik. Demirik ki, legionerlər bizə lazım deyil. Əlbəttə, lazımdırlar. Amma digər tərəfdən, komandada daha çox azərbaycanlı futbolçunun çıxış etməsini istəyirik. Onlara yaxşı oynamaq imkanı verməyə və karyeralarını Avropa klublarında davam etdirmələrinə çalışırıq. Necə ki, qonşu Gürcüstanın neçə-neçə futbolçusu daha güclü çempionatlarda çıxış edir. Azərbaycanlı futbolçuların onlardan əksik olmadıqlarını düşünürəm.
- Müşahidə Şurasının üzvü Səməd Qurbanov Sloveniya və Portuqaliyadan olan oyunçuların "Neftçi"yə keçidinin gündəmdə olduğunu bildirib. Ümumiyyətlə, danışıqlar apardığınız legionerlər hansı ölkələrdəndir?
- Mən də bilirəm ki, bu ölkələrin futbolçuları ilə danışıqlar aparılır. Amma mən hüquqşünasam, müqavilə bağlanılanadək onların adlarını açıqlamaq olmaz. Heç futbolçuların özləri də bunu istəmirlər. Təbii ki, danışıqlar gedirsə, deməli, məsələ hələ tam həll olunmayıb, hələ heç nə demək olmaz. Amma nəinki Sloveniya və Portuqaliya, hətta digər ölkələrdən də danışıqlar apardığımız futbolçular var. İstəyirik ki, yaxşı oyunçular olsunlar.
- "İnter"dən ayrılan Kamran Ağayevlə Vüqar Nadirovun "Neftçi"yə keçidi nə dərəcədə realdır?
- Bu barədə indi bir söz deyə bilmərəm. Çünki onlar hələ "Neftçi"yə keçməyiblər. Gəlsəydilər deyərdim. Mən özüm heç bir futbolçu ilə danışıqlar aparmıram. Bu işi məşqçilər, seleksiyaçılar görürlər. Amma bu gün komandada deyillərsə, mən nə deyə bilərəm? Gəlməyiblərsə, demək tərəflər arasında razılıq əldə olunmayıb.
- Bəs "Qəbələ" ilə vidalaşan Ruslan Abışovun transferi gündəmdədir?
- Abışovun da "Neftçi"yə keçmə variantından xəbərdaram. Amma yenə deyirəm komandaya kimi götürürüksə, bunu elan edirik. Götürmürüksə, nə deyə bilərəm? Bəlkə özü istəməyib, bəlkə danışıqlar alınmayıb? Müşahidə Şurasında müqavilə bağlayacağımız futbolçuları müzakirə edirik.
- Müşahidə Şurasının iclasında büdcəni müzakirə etsəniz də, ictimaiyyətə açıqlamadınız...
- Biz büdcəni açıqlayacağıq. Sağ olsun, SOCAR da bizə çox böyük köməklik göstərir. İlk növbədə əvvəlki klub prezidenti Sadıq Sadıqova böyük təşəkkürümü bildirmək istərdim. Həmişə demişəm və deyəcəyəm ki, o, doğrudan da "Neftçi" üçün çox çalışıb və xeyli iş görüb. Amma bizdə problemlər var idi. Bəzi oyunçular "Neftçi"dən şikayət etmişdilər. Digər tərəfdən, təlim-məşq bazamız tikilir. Bu il tikintini başa vurmalıyıq. Məbləğin böyük hissəsi həmin bazanın inşasına ayrılıb. Orada işlər çox böyük məsuliyyətlə aparılır. "Neftçi"nin 80 illik yubileyi münasibətilə biz bazanı təhvil vermək niyyətindəyik. Digər xərcləri də açıqlayacağıq və büdcəni AFFA-ya təqdim edəcəyik. Büdcəni çap edərək hamıya elan edən ilk klub olacağıq. Bu açıqlamalar mütləq olacaq, heç bir problem yoxdur. Amma digər klublara nəzərən, "Neftçi"nin xərcləri daha çoxdur. Çünki əsas məqsədimiz bazanın tikintisini yekunlaşdırmaqdır. Qarşımıza bu məqsəd qoyulub. Biz bu vəzifəni yerinə yetirməliyik.
Mənbə: report.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























