14 Sentyabr 2025, Bazar günü
Kurban Berdıyevdən qələbə şərhi
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
“Neftçi”nin heyətində iki itki
“Mövzuya bir daha qayıtmayacağam”

Ölkə futbolu

“Nə vaxtsa yenidən "Qarabağ"a qayıtmağı planlaşdırıram”

"Qarabağ"ın qolkiperi Fərhad Vəliyev komandanın sıralarını tərk edərək "Sumqayıt"la müqavilə bağlayıb. Futbolxeber.az saytının məlumatına görə, 2006-cı ildən 9 il müddətində “Qarabağ”da tər tökən Vəliyev komandanın qazandığı uğurlarda pay sahibi olub. Qolkiper Ağdam təmsilçisindən ayrılması haqda klubun rəsmi saytına açıqlama verib: "Təbii ki, 9 ildir oynadığım komandadan ayrılmaq mənim üçün üzücüdür. Bura mənə ailəm kimidir. Nə vaxtsa, yenidən məşqçi kimi də olsa da, "Qarabağ"a qayıtmaq istəyirəm. Bu 9 il karyeramın ən yaxşı vaxtlarıydı. Hər zaman klub rəhbərliyi, baş məşqçimiz Qurban müəllim, Elxan müəllim (Elxan Həsənov – qapıçı hazırlığı üzrə məşqçi) öz dəstəyini verib. Daha bir - iki il karyeramı davam etdirmək fikrindəyəm. Bir daha vurğulayım, nə vaxtsa yenidən "Qarabağ"a qayıtmağı planlaşdırıram. Daim "Qarabağ"ın uğur qazanmasını arzulayacam".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30