3 Avqust 2026, Bazar ertəsi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi

Ölkə futbolu

“Lənkəranlı azarkeşlərdən penaltiyə görə üzr istəyirəm”

“Rəvan”ın üzvü Ruslan Tağızadə dünən “Xəzər Lənkəran”a qarşı oyunda hakimin təyin etdiyi penaltinin səhv qərar olduğunu etiraf edib. Futbolxeber.az saytının məlumatına görə, “Qafqazinfo”ya açıqlama verən Tağızadə deyib: “Oyundan sonra penalti epizoduna baxdım. Orada heç bir qayda pozuntusu yox idi. İstəməzdim ki, belə olsun. Həmin an heç nə düşünmək olmur. Meydanda gərgin mübarizə gedirdi. Həmin epizodda bilmədim 11 metrlik cərimə zərbəsi var idi, ya yox idi. Kənardan daha yaxşı bilinir. Lənkəranlı futbolçular çox üzüldü. Bunu anlayıram. Amma məndə günah yoxdur. O penalti verilməsəydi, mən də, komanda yoldaşlarım da pis olacaqdı. Lakin oyunda bilmədim ki, 100 faiz penalti deyil. Lənkəranlı azarkeşlərdən penaltiyə görə üzr istəyirəm”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31