15 Aprel 2026, Çərşənbə
ÇL: PSJ və "Atletiko" yarımfinalda
Yığmamız Andorraya qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət
“Qarabağ”dan maraqlı təşəbbüs

Ölkə futbolu

Vüqar Nadirov: “Milliyə dəvət almamağım mənim üçün də gözlənilməz oldu”

“Bu oyun bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Sevinirəm ki, qələbə qazana bildik və avrokuboklara vəsiqə qazandıq”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “İnter”in hücumçusu Vüqar Nadirov deyib.

Azərbaycan Premyer Liqasının sonuncu turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub edən “İnter” avrokuboklara vəsiqə qazanıb. Amma “bankirlər”in qitə kuboklarına qatılması üçün İdman Arbitraj Məhkəməsi müsbət cavab verməlidir.

Vüqar Nadirov qeyd edib ki, ehtimal az olsa da, avrokuboklardan ümidlərini tam üzməyiblər: “Rəhbərliklə bu haqda söhbətimiz olub. Hazırda cavabı gözləyirik. Ümidimizi üzməmişik”.

Nadirov “İnter”lə müqaviləsinin başa çatdığını bildirib: “İnter”lə artıq müqaviləm başa çatdı. Lakin gələcək karyeram haqda indidən nəsə deyə bilmərəm. Heç bir klubdan təklif almamışam”.

Sonda “İnter”in forvardı millinin Avstriya toplanışından kənarda qalması haqda danışıb: “Millinin qapısı hər bir futbolçunun üzünə açıqdır. Dəvət gözləyirdim. Çünki “İnter”ə gəldikdən sonr amütəmadi olaraq oyun praktikası qazandım. Əksər oyunlarda meydana çıxdım. Heyətdə yer almamağım mənim üçün də gözlənilməz oldu”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30