Ölkə futbolu
“Qarabağ”, bəlkə də, dünyada yeganə klubdu ki, bayrağı var, torpağı yoxdu”
“31 cavanımızı şəhid verdik, yaralılarımız var. Klubu ziyarət etdim ki, əsgərlərin bu cəsurluğu bizə əlavə məsuliyyət verdi”. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
Ağdam klubunun başqanı Azərbaycan və Ermənistan arasındakı son gərginliyə toxunub. O bildirib ki, artıq “Qarabağ” komandasının üzərinə daha böyük məsuliyyət düşür: “Allaha şükür, “Qarabağ” uğurlarını davam etdirir. Amma dedim ki, arxayınlaşmayaq. Avropada olmalıyıq, dünyaya başa salmalıyıq ki, biz öz torpaqlarımızda futbol oynamaq istəyirik. Komanda üzvləri yaxşı oynayacaqlarına dair söz verdilər. Bu il də qrup mərhələsinə düşəcəyimizə inanıram”.
- “Qarabağ” ölkə daxilində uğur qazananda bu komandanın uğuru sayılır. Avropada uğur əldə edəndə isə bu, artıq Azərbaycanın uğuru olur...
- Tamamilə razıyam. Azərbaycanda “Qarabağ”ın rəqibi olmaya bilər. Bir də ki, komanda qələbə qazana-qazana gedir. Bu, bizə çətinlik yarada bilər. Digər klublar bir yana, daha çox “Neftçi”yə üzüldüm. “Qəbələ”, əslində, gözəl oynayır, amma nə isə alınmır. Məşqçiləri də normaldı, futbolçuları da.
Mahir Mədətovu çox tərifləməyin. 19 yaşında çox gözəl oynayır. Baxırsan, futbolçular indi rahatdı. Amma avrokuboklarda belə olmaya bilər.
- Çempionatda rəqabətsizliklə üzləşən “Qarabağ” avrokuboklarda nə edə biləcək?
- UEFA-da bizim komandanın adı çıxıb. Belə bir fikir yaranıb ki, Bakıdan sağ çıxmaq olmur. İnanıram ki, 30 min tərəfdarımız yenə bizi dəstəkləyəcək. Əsas yük Qurban Qurbanovun üzərinə düşür ki, komandanı o səviyyədə saxlasın. İnanıram ki, yenə sürprizə imza ata bilərik.
- “Qarabağ”ın geniş heyəti var. Sanki ikinci heyəti çıxıb çempionatda gümüş medal uğrunda oynaya bilər...
- Bu gün bütün dünya iqtisadi böhrandadı. Azərbaycan böyük bir çətinliklə üzləşib, camaat qan ağlayır. Bunun cavabı Avropada olmalıdı. Futbolçulara deyirəm ki, sizin hər cür şəraitiniz var, yeyirsiz-içirsiz, bunun haqqını Avropada da verməlisiz. “Qarabağ”, bəlkə də, dünyada yeganə klubdu ki, bayrağı var, torpağı yoxdu.
- Avropada sizin üçün ən böyük uğur nə sayıla bilər?
- Artıq Çempionlar Liqasının qrupuna düşməliyik. Hədəfimiz budu. Mən nə vaxt böyük danışmışamsa, sabahı sillə yemişəm (gülür). Demişəm ki, Allah, məni bağışla, ağzımdan çıxdı. Bu il bizim üçün çox önəmlidi. Bunu özümə də, Qurban Qurbanova da, futbolçulara da tapşırmışam. Əlimizdən gələni edəcəyik.
- “Qarabağ” Reynaldo və Almeydadan sonra onlar səviyyəsində futbolçu gətirə bilmir...
- Mən Qurban müəllimə deyirəm futbolçu gətirək. Amma o deyir ki, Tahir bəy, çətindi. Özü seçir, özü bəyənir. Mənim birinci arzum odu ki, Reynaldonu qaytaraq. Hələ o səviyyədə oynamır, tam qayıtmayıb. Əvvəl onu qazanmaq lazımdı, sonra ikinci Reynaldonu. Bu məsələ ilə bağlı Qurban Qurbanovla heç vaxt anlaşılmazlığımız olmayıb. O da insaflı adamdı. Mənə üzümüzü ağ edən Reynaldo lazımdı.
- Stadionlarımız gündən-günə çoxalır. Aralarında Olimpiya stadionu öz əzəməti ilə seçilir. Biz istərdik ki, böyük azarkeş ordusu olan “Qarabağ”ı orda görək. Belə bir planınız varmı?
- Tofiq Bəhramov adına Respublika stadionuna böyük xərc qoyduq. Öz-özümə sual verirəm ki, 30 minlik stadionu tamamilə doldurmaqmı gözəldi, yoxsa 70 minlik stadionun yarısınımı? Sizcə, o qədər yeri doldura bilərikmi? Düşünmək olar. Marketinqçilər deyirlər ki, siz biletlərin qiymətini aşağı qoymaqla klubun önünü kəsirsiz. Deyirik ki, olmaz, yazıq camaatın imkanı yoxdu. Mən həmişə səmimi danışıram. Yoxladıq, dedim ki, gördünüz, indi imkan verin, öz işimizi görək. Çünki alınmadı. Bəlkə də, turnirin gedişində qiymətləri qaldırmağımız düz addım olmadı. Mənim azarkeşim qaçqındı, kasıbdı, onun imkanı yoxdu. Amma bunu anlamayan, peşəkar qruplar da var. Mən istəyirəm ki, qiyməti aşağı edək, 50 min adam gəlsin. Oyunlarda aldığımız qışqırıq, həyəcan, ləzzət nəyə desəniz dəyər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
09:30
"Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
20.09.2026
19.09.2026
18.09.2026
























