12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Svanadze: “Bizi “Kəpəz”lə çətin oyun gözləyir”

Qarşıdakı turda “İnter” səfərdə “Kəpəz”in qonağı olacaq. Futbolxeber.az-ın məlumatına görə, “bankirlər”in baş məşqçisi Zaur Svanadze klubun rəsmi saytına açıqlamasında hazırlıq prosesi barədə danışıb və oyun haqqında fikirlərini bildirib: “Oyuna ciddi hazırlaşırıq. Bizi “Kəpəz”lə çətin oyun gözləyir, bu komanda doğma divarlar arasında yaxşı oyun sərgiləyir. Düşünürəm ki, azarkeşlər maraqlı və gərgin idman şəraitində keçəcək mübarizənin şahidi olacaqlar. Əlavə etmək istəyirəm ki, Kamran Ağayevlə Nizami Hacıyev zədəlidirlər, Abbas Hüseynovun isə mikro-zədəsi var və onun oyuna çıxması sual altındadır. Bildiyiniz kimi, Rauf Əliyev artıq komandayla məşq edir və “Kəpəz”lə oyunda ilk 18-ə salınacaq. Qarşıdakı oyunu buraxacaq oyunçularımızdan biri də Sezar Meza Kollidir. Sarı vərəqə limitini dolduran paraqvaylı futbolçu Gəncəyə yollanmayacaq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30