Ölkə futbolu
Təbriz Həsənov: “İstərdim ki, komandam meydana çıxanda 9 milyonluq xalqın dəstəyini hiss etsin”
17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov bu gün mətbuat konfransı keçirir. Futbolxeber.az saytının məlumatına görə, yığmamızın çalışdırıcısı ilk öncə Avropa çempionatına hazırlıq prosesindən danışıb: “Komandamız ilk dəfədir ki, Avropa çempionatında çıxış edəcək. Dünəndən hazırlıq prosesinə start vermişik. Bu gün U-19 millisi ilə yoxlama oyunu keçirəcəyik. Oyun praktikası baxımından bu qarşılaşma vacibdi. Aprelin 18-dən etibarən Avropa çempionatının son hazırlıq prosesinə başlayacağıq. Futbolçularla danışmışıq ki, konsentrasiyanı itirməmək üçün bütün fikirlərimizi hazırlığa yönəltmişik. Avropa çempionatı öncəsi daha bir yoxlama oyunu keçirməyimiz mümkündü. Lakin rəqibin adı hələ məlum deyil”.
T. Həsənov qeyd edib ki, yığmaya 3 yeni futbolçunun cəlb olunması mümkündü: “Milliyə dəvət alan futbolçulardan 5-i hazırda ölkə xaricində çıxış edir. Həmin oyunçulardan başqa yığmaya daha 3 yeni futbolçunu dəvət etməyimiz mümkündü. Hazırda axtarışlarımız davam edir. Son “18-liyi” aprelin 30-da müəyyənləşdirəcəyik. Bəzi oyunçular son zamanlar yaxşı formada deyillər. Təbii ki, onları yığmaya dəvət etməyəcəyik”.
U-17-nin çalışdırıcısı vurğulayıb ki, Avropa çempionatında məqsəd qrupdan çıxmaqdı: “Qrupdakı rəqiblərimiz güclüdü. Portuqaliya və Belçikanın gücü məlumdu. Şotlandiya da zəif deyil. Amma əlimizdən gələni edəcəyik. Məqsədimiz qrupdan çıxmaqdı. Turnirdəki ilk matçımızı Portuqaliyaya qarşı keçirəcəyik. Bu rəqibə qarşı açıq futbol oynamayacağıq. Bununla belə, futbolda hər şey mümkündü. Ola bilər ki, Portuqaliya meydana arxayın çıxsın və onları məğlub edək”.
Təbriz Həsənov Avropa çempionatının favoriti qismində 4 komandan adını çəkib: “Turnirin favoriti Almaniya, Portuqaliya, Fransa və Ingiltərədir. Favoritlərdən biri də bizim qrupda yer alır. Bununla belə, Portuqaliyaya qarşı tam gücümüzlə mübarizə aparacağıq. Lazım olsa, gələcəkdə yığmaya psixoloq da dəvət edə bilərik”.
Yığmamızın çalışdırıcısı heyətdəki problemlərdən də söz açıb: “Qarabağ”da forma geyən qapıçımız Məhəmməd Hüseynov 4 aydı meydana çıxmır. Zədədən əziyyət çəkirdi, məşqlərə təzə başlayıb. Elçin Əsədov məşq etmir. Heyətə nə vaxt qayıdacağı hələ bilinmir. Zədəli olduğu üçün bu dəfə ona dəvət göndərmədik. Bundan başqa, Hüseyin Seyliqli zədədən əziyyət çəkir. 2 mərkəz müdafiəçimiz və qapıçının hazırda zədədən əziyyət çəkməsi yaxşı hal deyil”.
Sonda Təbriz Həsənov azarkeşlərə səslənib: “Azarkeşlərə müraciət edirəm ki, Avropa çempionatında komandaya dəstək olsunlar. Mətbuatdan da xahiş edirəm ki, futbolçuların motivasiyasını artırsınlar. İstərdim ki, komandam meydana çıxanda 9 milyonluq xalqın dəstəyini hiss etsin”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























