12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Böyükağa Hacıyev: “O sözü zarafatyana desəm də, çoxları fikrimi ciddi qəbul edib”

Bir neçə gün əvvəl "Xəzər TV”də yayımlanan "Futbol saatı” proqramında qonaq olan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin “Qəbələ”nin və milli komandamızın üzvü Pavel Paşayev haqda səsləndirdiyi fikirlər əks-səda doğurub. Futbolxeber.az saytı məsələnin aktuallığını nəzərə alaraq, Böyükağa Hacıyevə bu barədə sual ünvanlayıb. Təcrübəli mütəxəssis fikrinin düzgün anlaşılmadığını qeyd edib: “Həmin verilişdə mənə sual verildi ki, millimizin üzvü Pavel Paşayev kimdi? Mən də həmin futbolçunu yaxından tanımıram. Heç vaxt rəhbərliyim altında çıxış etməyib. Ona görə də zarafatca dedim ki, bəlkə “dayısı” var, ona görə çağırırlar…Bu sözü zarafatyana desəm də, çoxları fikrimi ciddi qəbul edib. Yenə deyirəm ki, mən Pavel Paşayevi tanımıram. Onun haqda dediyim sözlərin ciddi qəbul olunmasına qarşıyam. Mənim fikrim kiməsə sataşmaq, söz atmaq olmayıb. Paveli tanısaydım, deyərdim ki tanıyıram”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30