Ölkə futbolu
"Qarabağ" kimi komanda Antalyadan sonra uduzursa, "Sumqayıt"dan nə danışaq?"
"Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun müsahibəsi
- Fasilədən sonra ilk oyun "Neftçi"yə qarşı oldu. Oyunu necə dəyərləndirirsiniz: komandanız mübarizəyə hazırdır?
- Rəhbərliyə təşəkkür edirəm ki, bizim mövsümün ikinci yarısına yaxşı hazırlaşmağımız üçün əlindən gələni etdi. İlk oyundan gözləntilərimiz çox idi. Bilmirəm ilk oyun olduğu üçün gərginlikdən, ya nədənsə futbolçular oynaya bilmədilər. Bu oyunda nəinki planlarımızı, ümumiyyətlə, ümidlərimizi puç edən bir şey alındı. Məğlubiyyəti qoyaq bir kənara, meydanda oyunun olmaması adamın qollarını sındırdı. İlin ilk oyununda belə təəssürat yarandı. Amma hazırlığa qalanda Antalyadan yaxşı vəziyyətdə qayıtdıq. Açığı, inanmıram ki, bundan sonra bizdə bu cür oyun olacaq. Amma bütün oyunları udacağımıza zəmanət vermək də olmaz. Qış fasiləsindən sonra komandaların güclənməyini bir kənara qoyaq, oyunları da dəyişib. Bütün komandalar xal itirməkdən ehtiyatlanır. "Neftçi" ilə oyun bizə böyük dərs oldu.
- Sizcə, "Neftçi"nin qolu oyundankənar vəziyyətdən vuruldu?
- Həmin epizoda çox baxmışam, futbolçunun bir çiyin qabaqda olması dəqiqdir. Digər tərəfdən, bizim futbolçular rəqib futbolçunu yıxmışdı, hakim penalti vermədi. Ümumilikdə, demək olar ki, yaxşı idarəçilik oldu. Ancaq mənim komandamın tarixi ərzində ən aciz olduğu oyun idi. Buna görə təəssüflənirəm.
- Yeni transferlərdən Vaqif Cavadov və Səlahət Ağayev meydanda olsa da, Rasim Ramaldanova şans verilmədi...
- Rasim komanda Antalyadan gələndən sonra bizə qoşulub. Biz nə qədər məşq etmişik, amma o, 2 gün idi komandaya gəlmişdi. Bu səbəbdən Rasimi "18-liy"ə yazmaq belə düzgün çıxmazdı. O, formada deyildi. Vurğun Hüseynov sarı vərəqə limitini doldurduğu üçün növbəti oyunu buraxacaq. Ola bilər ki, onun əvəzinə Ramaldanov meydana çıxsın. Ancaq onun hazırkı durumu o qədər yüksək deyil ki, çıxıb oynasın. Çoxları Vaqif Cavadovu qınayır. Belədirsə, onda biz digər futbolçuları tərifləmiş oluruq və bu da düzgün deyil. Ümumiyyətlə, komanda pis gündə idi. Bundan danışmaq lazımdır. Vaqif millinin oyunçusudur və inanıram ki, komandaya kömək edəcək. "Vaqif yaxşı və ya pis oynadı" da demirəm. Çünki futbolda belə şeylər olur. "Real Madrid" milyonlar verir və yeni transfer edir, amma həmin futbolçunun uyğunlaşması üçün müəyyən vaxt tələb olunur. Deyə bilərəm ki, "Neftçi" ilə oyunda meydanda "Sumqayıt" adlı komanda yox idi.
- Demisiniz ki, Cavadov fərdi oyuna meyl edən futbolçudur. Bunu bilə-bilə kollektiv oyun sərgiləyən komandaya götürməyinizin səbəbi nədir?
- Bu, Vaqifin həmişəki oyunudur. Bunu Samir Abasov indi demir. O, fərdi oyuna üstünlük verir. Ancaq oyunlarda Vaqifə də uyğunlaşmaq lazımdır. Bizdə komanda oyunudur. Hücuma qoşulanda sürətli oyun tələb olunur. Vaqif də bunları tutana qədər müəyyən vaxt lazımdır. Baxın, Vaqif hansı klublarda oynayıb? Onun üçün dəyişilmək "iki vur iki"dir. "İnter" də komanda oyunu nümayiş etdirir və Vaqif orada yaxşı çıxış edirdi.
- Qarşıda "Zirə" ilə evdə, "Qəbələ" ilə səfərdə görüşləriniz olacaq. Çətin oyunlarda maksimum neçə xal götürmək mümkündü?
- "Sumqayıt" hazırda 8-ci yerdə gedir. Ondan sonra "Xəzər Lənkəran" və "Rəvan" var. Hansı komandalarla çətin oyun keçmir? Bizdən yuxarıdadırlarsa, demək güclüdürlər. Ümid edirik ki, öz oyunumuzu göstərəcək və xal götürəcəyik. O biri komandalarla oynamaq da asan deyil. Biz məğlub olsaq da, öz oyunumuzu sərgiləyirdik və inanıram ki, yenidən öz oyunumuzu nümayiş etdirəcəyik. Əvvəl komandalar "Sumqayıt" deyəndə fikirləşirdilər ki, görəsən, onların meydanında necə oynayacağıq? Biz bunu istəyirik. Ümidimiz qarşıdakı oyunlarda maksimum xal götürməkdir.
- Qış təlim-məşq toplanışını ölkə daxilində keçənlər Antalyada keçənlərə qalib gəldilər. Bunu nə ilə əlaqələndirərdiniz?
- Bundan sonra yəqin ki, biz qarışıq məğlub olan komandaların Antalyaya getməsinə son qoyular (gülür - R.Ə.). Təkcə "Zirə" getsin, onlara düşür. Gedirik, belə hal baş verirsə, gələn dəfə bu haqda fikirləşəcəyəm. "Qarabağ" kimi komanda Antalyadan sonra uduzursa, "Sumqayıt"dan nə danışaq?
- Amil Yunanov fasilədən öncə son turlarda yaxşı çıxış edir, qollar vururdu. Amma "Neftçi" ilə qarşılaşmada əvəzetmədən oyuna daxil oldu...
- Bəli, fasilədən öncə son turlarda yaxşı çıxış edirdi. Ancaq Sumqayıt toplanışında onda bir az eniş vardı. Bu Antalyadakı oyunlarda da özünü göstərdi. Amil özünü yaxşı tərəfdən göstərə bilmədi. Amma o demək deyil ki, Yunanov həmişə əvəzetmədə oturacaq. Heç olmasa, bu, ona da bir işarə olar ki, nə qədər qol vursan da, yaxşı məşq etmirsənsə, oynamayacaqsan. Bu, bütün futbolçulara aiddir.
- Düşünmürsünüzmü ki, Yunanov bombardirlər siyahısına düşəndən ulduz xəstəliyinə tutulub...
- Bəlkə siz tanımırsınız, amma Amil o cür futbolçulardan deyil. O, tərbiyəli uşaqdır, amma daxilini deyə bilmərəm.
- Bəlkə yeni hücumçunun - Vaqif Cavadovun gəlişi onu ruhdan salıb?
- Bundan sonra hücumçu gətirmək fikrimiz yoxdur. Cavadov isə sırf hücumçu kimi gəlməyib. Ancaq açığı, səbəbini bilmirəm. Çox istəyirəm ki, Amil oynasın.
Mənbə: report.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
12.11.2026
11.11.2026
10.11.2026
























