3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Azərbaycanlı FİFA referisi cəzalandırıldı

Azərbaycanlı FİFA referisi Orxan Məmmədov cəzalandırılıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə apasport.az-a AFFA Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov açıqlama verib.

Orxan Məmmədovun ölkə çempionatının XIX turunda təyinat almamağı məhz bununla əlaqədardı.

31 yaşlı hakimin cəzalandırılmasına səbəb isə qış fasiləsindən öncəki turlarda qeyri-qənaətbəxş idarəçilik etməsidi. Xüsusən, Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Rəvan” (3:3) görüşündə buraxdığı nöqsanlar Məmmədovun HK tərəfindən cəzalandırılması ilə nəticələnib.

Məsələ ilə bağlı qısa danışan Xaqani Məmmədov yetirməsinin neçə oyunluq cəzalandırıldığını açıqlamayıb: “Orxan hazırda cəzalıdı. Buna görə də, 19-cu turda ona təyinat verilmədi. Orxanı qeyri-müəyyən müddətə cəzalandırmışıq. Cəzasının müddətini konkret açıqlaya bilmərəm. Təkcə onu deyim ki, mövsümün sonuna qədər cəzalandırılmayıb”.

Qeyd edək ki, Orxan Məmmədov ötən ildən FİFA referisi adını daşıyır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28