Ölkə futbolu
“Əsas komandanın üzvü olduğumdan Qriqorçuk məni də sınamaq istəyirdi”
“Qəbələ”nin əsas komandasının Antalya toplanışında bir neçə gənc futbolçu da iştirak edib. Futbolxeber.az-ın məlumatına görə, mövsümün ilk yarısında, əsasən əvəzedici heyətdə çıxış edən Vadim Abdullayev də onların arasında olub. Yay fasiləsində əsas komandaya transfer olunan Vadim “Qəbələ IK” qəzetinə açıqlamasında öncə “qırmızı-qaralar”a
keçdiyi dövrü xatırlayıb: “Qəbələ”yə 5 ay öncə keçsəm də, hələ əsas heyətdə rəsmi debüt edə bilməmişəm. İkinci məşqdə aldığım zədə üzündən bir müddət yaşıl meydanlardan kənarda qaldım. Barmağım sındı və Türkiyədə əməliyyat olundum. İki ay yarımdan sonra məşqlərə başladım. Formaya düşmək üçün bir müddət əvəzedici heyətdə çıxış etməli oldum. Ancaq bu müddətdə əsas komanda ilə məşq edirdim”.
Abdullayev mövsümün ilk yarısında ona şans veriləcəyini gözləsə də, bu, gerçəkləşməyib. O, Antalyadakı təlim-məşq toplanışında Roman Qriqorçukun sərəncamında olacağını gözləyirmiş: “Əsas komandanın üzvü olduğumdan Qriqorçuk məni də sınamaq istəyirdi. Odur ki, ukraynalı çalışdırıcımız hər 3 matçda məni start heyətində meydançaya buraxdı. Özümü yaxşı göstərmək üçün əlimdən gələni etdim. Ümidvaram ki, nəticəsini çempionatda görəcəyəm”.
Vadim yoxlama oyununda qol vurmağı da bacarıb. Belə ki, “Sürix” üzərində darmadağının (4:0) əsasını məhz Abdullayev qoyub. Neçə vaxtdır oynamayan futbolçu əsas komandada ikinci matçında qol vurub: “Əlbəttə, bu, məni çox sevindirdi. Mən daha öncə “Bakı”da, “Simurq”da da təcrübəli futbolçularla, legionerlərlə birgə çıxış etmişəm. 21 yaşım olsa da, çempionat oyunlarında az oynamamışam və bu sahədə təcrübəm var”.
Abdullayev “Qəbələ”nin oyun üslubunu əvvəllər oynadığı komandalarla müqayisə edib: “Sözsüz ki, hər komandanın, hər baş məşqçinin özünəməxsus oyun fəlsəfəsi var. Roman Qriqorçuk hücum futboluna üstünlük verir. Topu itirəndən sonra onu rəqibdən tez alıb yenidən hücum etməyimizi istəyir”.
Vadimin yoxlama matçlarında start heyətində yer almasında Elvin Camalovun zədəli olması da az rol oynamayıb. Hər ikisi 21 yaş limitinə uyğun gələn futbolçu olduğundan, Qriqorçuk Elvinin yerinə Vadimi sınamağı lazım bilib: “Camalov xeyli vaxtdır əsas komandada oynayır. Üstəlik, “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Sözsüz ki, Elvinin bu baxımdan üstünlüyü var. Ancaq yekun qərarı baş məşqçi verir. Start heyətdə oynamağa hazıram və baş məşqçinin etimadını qazanmaq üçün əlimdən gələni edirəm. Vacib odur ki, zədəm tam sağalıb və özümü yaxşı hiss edirəm. Əsas məqsədim müntəzəm oynamaq, “Qəbələ” ilə nəticə qazanmaq və avrokuboklarda çıxış etməkdir. İnanıram ki, komandamın heyətində avrokuboklarda oynamaq mənə də nəsib olacaq”.
Murad MEHMANOĞLU
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























