Ölkə futbolu
Qriqorçuk: “Qayla Zenyov 100 yox, 150 faizlik qol epizodlarından istifadə edə bilmədilər”
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Qəbələ İK” qəzetinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Antalya hazırlığı çox yaxşı keçdi. Hava şəraiti cəhətdən də bəxtimiz gətirdi. Yağış və ya digər səbəbdən yarımçıq qalan məşqimiz, yaxud oyunumuz olmadı. Düşündüyümüz hər şeyi həyata keçirə bildik. Odur ki, toplanışın bizim üçün uğurlu keçdiyini deyə bilərik. Bütün futbolçulardan, o cümlədən, dəvət etdiyimiz gənclərdən razı qaldım.
- Yoxlama matçlarında “Qəbələ”nin yaxşı təsir bağışladığını, oyunundakı canlanmanı müşahidə etdik.
- Dediklərinizlə tam razıyam. Yoxlama matçlarında göstərdiyimiz oyun mənim də xoşuma gəldi. Xüsusilə, “Sürix”lə görüş. Həmin matçda xeyli sayda düşünülmüş hücum və qol imkanları yaratdıq. “Dnepr”lə matçda da komandanın göstərdiyi oyun xoş sözlərə layiqdir. Yetərincə qol imkanımız vardı ki, ən azı, uduzmayaq, hətta qalib gələk. Qayla Zenyov 100 yox, 150 faizlik qol epizodlarından istifadə edə bilmədilər. Top, sadəcə, qapıya girmədi ki, girmədi. Futbolda belə şeylər olur, buna üzülməməliyik. Əsas odur ki, “Dnepr” kimi güclü, nüfuzlu rəqiblə matçda real qol epizodları yarada bildik. Bu, çox yaxşı haldır. Doğrudur, başa düşürəm ki, çatışmazlıqlar, səhvlərimiz də oldu. Ancaq ümumilikdə, hazırda oyunumuzda müsbət cəhətlər mənfidən çoxdur. Biz sakit, özünəinamlı olmalı və səhvləri aradan qaldıraraq irəli getməliyik.
- Yoxlama oyunlarının sayı sizi qane etdimi?
- Prinsipcə, 3 sınaq matçı təlim- məşq toplanışı üçün az deyil. Bundan artıq oyun keçirməyə gərək yox idi. Çünki bu mövsümdə ağır bir dövrü arxada qoymuşduq. Ona görə də, komandanın hazırkı durumu barədə bilgi əldə etmək üçün bu matçlar bizə kifayət etdi. Yeni futbolçuları iş başında gördük, bəzi oyunçuları isə yeni mövqelərdə yoxlaya bildik. Bu planda çox yaxşı, faydalı
bilgi əldə etdik.
- Hansı futbolçuları yeni mövqelərdə yoxlaya bildiniz?
- Əvvəla onu deyim ki, komandada universal futbolçuların olması çox yaxşı haldır. Yeni mövqeyə gəlincə, Rikardinyonu misal göstərə bilərəm. Onun istedadı, bacarığı və xarakteri digər mövqedə - orta sahədə də oynamağa imkan verir. Rikardinyo hər 3 matçda dediyim mövqedə çıxış etdi və onunla bağlı gümanlarımızı doğrultdu. Yəni braziliyalı yalnız müdafiənin sol cinahında deyil, yarımmüdafiənin mərkəzində də oynaya bilər.
- Yəni hücumçuların arxasında oyun qurucusu kimi?
- Açığı, pleymeyker mövqeyi mənə çox da aydın deyil. Əvvəllər belə oyunçulara “dispetçer” də deyilirdi. O, müdafiəyə görə çox da məsuliyyət daşımırdı, meydanda sərbəst olurdu və yalnız hücuma cavabdeh idi. Bizdə isə futbola yanaşma fərqlidir. Komanda müdafiə olunan zaman arxa xəttə kömək etməyən, hansısa vəziyyətdə meydanda, belə deyək, istirahət edən futbolçu bizə lazım deyil. Buna görə Rikardinyonun yeni mövqeyi klassik mərkəz yarımmüdafiəçisidir. O, həm hücuma, həm də müdafiəyə kömək edir.
- Yeni futbolçumuz Rəşad Eyyubov yoxlama matçlarında necə təsir bağışladı?
- Birgə işlədiyimiz müddətdə Rəşadın daha çox çalışmalı olduğunu gördük. O, bizim sistemə uyğunlaşmalıdır. Son matç zamanı o, bizə istənilən səviyyədə kömək edə bilmədi.
- Bu səbəbdən “Dnepr”lə oyunda əvəzlədiniz?
- Mən bunu hələ ilk hissədə etdim. Eyyubov bizə lazım olanı etmirdi. Görünür, oyun sistemimizi hələ sonadək anlamayıb. Ancaq inanıram ki, o, çatışmazlıqları aradan qaldıracaq və oyun üslubumuza tam uyğunlaşacaq. Bunun tez bir zamanda olmasını həm Rəşada, həm də özümüzə arzu edirəm.
- Siz Eyyubovu daha çox sol cinah yarımmüdafiəçisi mövqeyində görürsünüz?
- Bizim oyun sistemində ola bilməz ki, kimsə yalnız solda, yaxud sağda oynasın. Cinah hücumçularına tapşırırıq ki, meydanda tez-tez yerdəyişmələr etsinlər. Fikrimcə, Rəşad cinahda və hücuma meydanın dərinliyindən qoşulan ikinci forvard kimi oynaya bilər.
- Baxışdan keçirdiyiniz Pavel Paşayev haqqında fikriniz necədir?
- Pavel Azərbaycan çempionatının səviyyəsinə uyğun gələn, qarşısında dayanan vəzifələri yerinə yetirməyi bacaran futbolçudur. Prinsipicə, onun da komandamıza kömək edə biləcəyini hiss edirəm. Ancaq bu, yalnız mənim baxışlarımdır. Paşayevlə bağlı yekun qərarı rəhbərliklə birgə müzakirədən sonra
verəcəyik.
- Braziliyalı hücumçu Emerson Brito dos Santosu da hazırda baxışdadır. Əcnəbi forvardın “Qəbələ”nin heyətinə düşmək şansı varmı?
- Onunla bağlı, hələ ki, qəti bir fikir söyləyə bilmərəm. Qış fasiləsində güclü legioner tapmaq heç də asan deyil. Daha bir hücumameyilli oyunçu istədiyimizi təsdiqləyə bilərəm. Ancaq təbii ki, bizə uyğun gələn variant olacağı təqdirdə, bunu dəyərləndirəcəyik.
- Üçüncü dövrədə ilk rəqibimiz olan “Kəpəz” haqda hansı məlumatları əldə bilmisiniz? Gəncə səfərindən nə gözləyirsiniz?
- Bizdən 3 xal alan “Kəpəz” yetərincə ciddi rəqibdir. Bu komanda ilə hər 2 görüşdə bizə çətin olub. Bu dəfə də asan olmayacaq. Üstəlik, səfərdə oynayacağıq. Bilirik ki, Gəncə stadionunda meydan sahibləri çox güclü azarkeş dəstəyinə malik olurlar. Buna baxmayaraq, yalnız qələbəyə köklənmişik. Məqsədimizə çatmaq üçün mümkün olan hər şeyi edəcəyik.
Mehman SÜLEYMANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Nuriyev Macarıstan klubunda
- “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
-
17:43
“Sumqayıt”da braziliyalı hücumçu
-
16:55
“Səbail” Rahid Əmirquliyevi transfer etdi
-
16:28
Konfrans Liqası: “Qarabağ”ın potensial rəqibi bilindi
-
16:21
“Zirə”də gözlənilməz ayrılıq
-
16:00
Lukaku “Napoli”ni tərk etməyə hazırlaşır
-
15:34
"Turan" Cənubi Koreya millisinin üzvünü heyətinə qatıb
-
15:19
“Milan” “Fənərbağça”nın təklifini geri çevirdi
-
15:02
Voleybol millimiz Latviya və Belarus ilə qarşılaşacaq
-
14:46
ÇL-də pley-offun püşkü atıldı
-
13:57
Azərbaycanın yeniyetmə boksçuları Şamaxıda toplanışa başlayıb
-
13:23
Avropa Kubokunda 13 cüdoçumuz iştirak edəcək
-
12:35
“Sevilya” “Real”ın qapıçısını transfer etdi
-
12:12
Ehtiram Quliyev Bakıda Aziz Yıldırımla görüşdü FOTOLENT
-
11:48
“Barselona” Rodri üçün 50 milyon avro ödəməyə hazırdır
-
11:29
Pakistan yığmasının kapitanı "Qarabağ"da
-
11:04
Roman Salenko: “Qarabağ” keyfiyyətli futbol nümayiş etdirir”
-
10:31
"Qalatasaray" - "Renn" matçında 6 qol VİDEO
-
09:56
Krivotsyukun komandasından qələbə
-
09:42
Argentina millisinin üzvü "Çelsi"də
-
09:27
Mahirin qolu xal qazanmaq üçün yetmədi
-
09:13
"Qarabağ" ciddi itki ilə üzləşdi
-
09:00
"Qəbələ" Qətər klubuna qalib gəlib
-
20:00
İbrahim Həsənov finalda uduzdu
-
18:44
U-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
-
17:51
"İnter" "Mançester Siti"yə qalib gəldi VİDEO
-
15:28
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri müəyyənləşib
-
15:02
Rüfət İsrail klubuna qələbə qazandırdı
-
14:15
"Qəbələ"də braziliyalı qapıçı
-
12:39
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
-
11:46
"Real" "Fiorentina" matçında 4 qol VİDEO
-
10:53
"Neftçi SOCAR" Tokioda mübarizəni dayandırıb
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV
-
10:00
"İnter Mayami" Nərimanın komandası ilə heç-heçə etdi
-
22:00
AŞF-də şahmat üzrə dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib
-
21:37
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
20:16
Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi
-
19:09
"Ayaks" Almaniya millisinin üzvü ilə gücləndi
-
18:43
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar
-
17:21
Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
-
16:54
“Qarabağ”ın sabiq hücumçusundan het-trik
-
15:32
"Neftçi SOCAR" 1/4 finala yüksəlib
-
15:10
Rövlan Muradov: “Rəhbərlik də, məşqçilər korpusu da bizə inanır”
-
14:45
Dünya çempionatı: Azərbaycan sablyaçıları 28 komanda arasında 13-cü olub
-
14:24
4 güləşçimiz Türkiyədə medal qazanıb
-
13:57
AFFA Frank De Bleker ilə vidalaşdı
-
12:36
PSJ-dən növbəti transfer
-
11:49
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
"Barselona" - "Birmingem" matçında 4 qol VİDEO
-
10:51
"Arsenal"dan 90 milyonluq transfer
-
10:34
Son 1 ildə geriləyən futbolumuz - YAZI
03.08.2026
02.08.2026
01.08.2026
























