12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Qəbələ” “Kəpəz”lə matçın hazırlıqlarına start verir

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını başa vurub, vətənə qayıdan “Qəbələ” hazırlıqlarını sabah bərpa edəcək. Futbolxeber.az-ın məlumatına görə, yanvarın 25-də ölkəyə qayıtdıqdan sonra ikigünlük istirahətə buraxılan “qırmızı-qaralar” ayın 27-də bir araya gələrək ilk məşqinə çıxacaq. Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz”lə oyununun hazırlığına başlayacaq Roman Qriqorçukun yetirmələri sabah bir məşqlə kifayətlənəcək. Komanda günün ikinci yarısında hazırlıq keçəcək. Məşq prosesi Qəbələdə baş tutacaq. “Qırmızı-qaralar” hazırlığı tam heyətlə gerçəkləşdirəcək.

Qeyd edək ki, yanvarın 30-da baş tutacaq “Kəpəz” - “Qəbələ” oyunu Gəncədə keçiriləcək (klub saytı).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30