3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

FİFA “Bakı” və “Rəvan”ı cəzalandırdı

FIFA 21.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq qurumun Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. Futbolxeber.az-ın məlumatına görə, məktubda “Rəvan”da çıxış etmiş futbolçu Artur Kotenko arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi Premyer Liqada çıxış edən "Rəvan"nın cari mövsüm aktivindən 6 xal silinməsi barədə qərar qəbul edib.

FIFA 21.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq qurumun Nizam-İntizam Komitəsinin “Bakı” haqqında da qərar qəbul etdiyini bildirib. Məktubda “Bakı”da çıxış etmiş futbolçu Dejan Brankoviç arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən “zolaqlılar”ın cari mövsüm aktivindən 3 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi Azərbaycan birinci divizionunda çıxış edən "Bakı"nın cari mövsüm aktivindən 3 xal silinməsi haqda qərar qəbul edib.

 

 

 


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31