Ölkə futbolu
Ramin Musayev: “250 min verdiyimiz oyunçuya 1 milyon təklif etsələr də, getmədi”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Futbolxeber.az saytına müsahibəsi
- Bu gün Premyer Liqa klublarından “Xəzər Lənkəran” və “Rəvan” maliyyə problemlər yaşayır. Premyer Liqanı təşkil edən qurumun rəhbəri kimi bu məqam sizi nə dərəcədə narahat edir?
- Ən böyük problem “İnter”də olub. Keçən il mart ayından bu klubda ciddi problemlər başladı. Amma komanda Avroliqada üçüncü mərhələyə qədər irəlilədi. Ovaxtkı rəhbərliyin, məşqçilərin, oyunçuların sayəsində “İnter” çıxışına görə heç bir komandadan geri qalmadı. Klubda hər şey rəhbərlikdən aslıdı. Mən “Neftçi”də çalışanda oyunçularımıza bizdən 3 dəfə artıq pul təklif edən var idi. Hətta 1 milyon da ödəməyə razı idilər. Özü də söhbət təkcə yerli oyunçudan getmir. Legioner futbolçumuz digər klubdan sərfəli təklif alsa da, getmədi. Legioner üçün nə fərqi var Bakıda oynadı, ya Şəkidə. Evindən çıxıb, pul qazanmağa gəlib. Lakin azad agent olsa da, “Neftçi”dən getmədi. Bir neçə ildən sonra həmin klub rəhbəri, Rövnəq Abdullayev və mən birlikdə idik. Həmin rəhbər şəxs soruşdu ki, necə olur sizin 250 min verdiyiniz futbolçuya 1 milyon təklif etsəm də, razılaşmadı?
- Həmin oyunçu...
- Rəşad Sadıqov idi, 14 nömrə. Bunu dana bilmərəm. Legioner də Georgi Adamiya.
- Bəs Zaur Tağızadə?
- O cümlədən də Zaur Tağızadə. Mən bu futbolçuların adlarını çəkməliyəm. Fantastik məbləğ təklif olunsa da, “Neftçi”dən getmədilər. Zaur, Rəşadı başa düşdük. Azərbaycanlıyıq, eyni şəhərdə yaşayırıq, sabah yenə üz-üzə gələcəyik. Bəs Adamiya, o niyə getmədi? Çünki komandaya rəhbərlik edən şəxsdən çox şey aslıdı. 5 il “Neftçi”də çalışdıq. Hansısa şikayət edən oldu? Olmayıb. Çünki düz işləyirdik. Müqaviləni futbolçularla mən bağlayırdım. Yığırdım hamısını bir yerə. Kimin nə qədər alacağını da açıq şəkildə orda deyirdim. Tək-tək çağırıb deməyin nə mənası var? Onsuz da qapıdan çıxan kimi hamı bilir. Nəyə görə vaxt itirməliyəm? Qayıdaq suala. Necə olur “İnter” in futbolçuları martdan yaya kimi oynadılar, avrokbuoklarda çıxış etdilər, amma bu gün başqaları oynamır. Onlar da oynasınlar da. Klub rəhbərinin vəziyyəti pis ola bilər, bəs vicdan? Bəlkə 1 aydan sonra prezidentin elə imkanı olacaq ki, sənə 2 qat artıq pul verəcək.
- “Xəzər Lənkəran” və “Rəvan”dakı problemlər Premyer Liqaya təsir edəcək?
- Çempionata təsir edəcəyinə inanmıram. Olsa da, hər bir çətinlikdən çıxış yolu var.
- Bu klubların bank təminatı aktivləşdirilə bilər?
- O dərəcəyə gedib çıxacağına inanmıram. Ad çəkib həmin klubların rəhbərləri haqda tərif söyləməyə ehtiyac görmürəm.
- Ramin müəllim, hakimlərin Antalyadakı təlim-məşq toplanışı niyə baş tutmadı?
- Birincisi, bu il Antalyaya klublarımız az getdi. Biz hakimləri Antalyaya gəzməyə aparmırıq. Səhər 7-dən axşam 10-a qədər iş başında olurlar. Əgər orda oyun olmayacaqsa, yalandan nəyə gedək? “Dalğa Arena”da hazırlıq keçirlər. Özüm də o gün getmişdim ora. Şərait Antalyadakından heç də geri qalmır. Artıqdı ki, əksik deyil. Havası gözəl, yeməkləri yaxşı. Bircə problem süni ot örtüyüdür ki, Antalyada təbii otda məşq edəcəkdilər. Belə baxanda onsuz da bizdə meydançaların yarısının qazonu sünidi. Çox şükürlər olsun ki, Antalyaya getmədik.
- Nə mənada?
- Türkiyədə “Donuz qripi” yayılıb. Kimsə xəstələnə bilərdi. Şükür ki, getmədik. Hakimlərin hazırlıqlarından razıyıq.
- Yəni, demək istəyirsiz ki Antalya toplanışının baş tutmamasının maliyyə ilə heç bir əlaqəsi yoxdu?
- Yox. Allaha şükür AFFA-nın da pulu var, PFL-ın də. Xeyri yoxdusa, Antalyaya nəyə gedək? Orda da dəniz qırağında qaçacaqdılar, burda da qaçırlar. Orda da 3-5 oyun idarə edəcəkdilər, burda da həmin oyunları idarə edirlər. Daim Antalyaya səfərimizi təşkil edən şirkət dedi ki, mən əvvəlki illərdəki kimi oyun sayı söz vermirəm. 20 oyuna cəmi söz verdi. Həmin 20 oyunu burda da idarə edirlər.
- 2-3 klubdan başqa, qalanları hələ də PFL-ə olan borcunu ödəməyib. Ödəməsələr, necə olacaq?
- Sözümüz sözdü.
- Maddi problemlər “Topaz”ın sponsorluq öhdəliklərini tam olaraq yerinə yetirməsinə mane olmur ki?
- Yox, heç bir problem yoxdur. “Topaz”la çox mehribanıq, işbirliyimiz də davam edir. İnanmıram ki, gələcəkdə də hansısa narazılıq olsun. “Topaz”ın gəlişi bizə düşərli oldu. Onları əldən buraxmarıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























