30 Avqust 2026, Bazar günü
Dieqo Rosa rəsmən “Qarabağ”da
"Şəfa" öz meydanında uduzdu
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Qəbələ”nin Antalyadakı sonuncu oyununun başlama vaxtı açıqlandı

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” sabah son yoxlama oyununu keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar” 3-cü sınağında Ukraynanın “Dnepr” klubu ilə görüşəcək. Qonşu ölkədə Almaniyanın “Osnabryuk” (1:1) və İsveçrənin “Sürix” (4:0) klubları ilə qarşılaşan Roman Qriqorçukun yetirmələri yanvarın 24-də baş tutacaq son matçı ilə hazırlıqları tamamlayacaq. Ayın 25-də vətənə dönəcək komanda “Dnepr”lə qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüş “Gloria Sport Arena”da keçiriləcək.

Ukraynanın 3 ən titullu klubundan biri olan “Dnepr” Miron Markeviçin baş məşqçiliyi altında qış fasiləsinə 4-cü pillədə yollanıb. Ötən mövsüm ölkə çempionatında 3-cü olan Dnepropetrovsk klubu UEFA Avropa Liqasının finalınadək irəliləyib. Əsası 1918-ci ildə qoyulan komanda SSRİ dövründə 2 çempionluq, 1 kubok, 1 Superkubok sevinci yaşayıb. Bundan başqa, çempionatda 2 gümüş və 2 bürünc qazanan “Dnepr” 2 dəfə Federasiya kubokuna sahib çıxıb (klub saytı)








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31