Ölkə futbolu
Vidadi Rzayev: “Çalışacağıq ki, öz uşaqlarımız klubumuz üçün faydalı olsunlar”
Bir müddət öncə “Kəpəz”in 19 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin edilən Vidadi Rzayev artıq işinin başındadır. Futbolxeber.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis hər gün futbolçuları şəhər stadionunun ehtiyat meydançasında məşqə çıxarır.
Rzayev təyinatı və iş planı ilə bağlı kapazpfc.az saytına fikirlərini bölüşüb. O, öncə təyinatına münasibət bildirib: “Klub rəhbərliyi mənə 19 yaşlılarla işləməyi təklif etdi və mən də dəvəti qəbul etdim. Mənə etimad göstərənlərə, bu vəzifəyə layiq görənlərə minnətdarlığımı bildirirəm. Böyük etimad göstəriblər və ümidləri doğrultmağa çalışacağam. Özümü işin öhdəsindən gəlməyə hazır və qadir sayıram”.
Vidadi Rzayev “Kəpəz” üçün yad sima deyil. O, futbolçu kimi Gəncə təmsilçisinin heyətində oynayıb, eləcə də karyerasını başa vurduqdan sonra məşqçi kimi komandada çalışıb. Üç müxtəlif vaxtda “Kəpəz”də çıxış etmiş Rzayev əsas komandada məşqçi və baş məşqçi işləyib. Ötənlərin məşhur futbolçusu klub birinci divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub. Məşqçi kimi doğma klubu ilə hələ ki, nailiyyətə imza ata bilməsə də, oynadığı dövrlərdə Azərbaycan çempionu və ölkə kubokunun qalibi adını qazanıb: “Futbolu çox sevirəm, ömrümün yarısından çoxunu futbola həsr etmişəm. “Kəpəz”də həm oynamışam, həm də məşqçi kimi işləmişəm. Bu, çox xoşdur. Çətinliklərdən qorxan, çəkinən adam deyiləm. Meydança ilə bağlı bir az problemimiz var, inanıram ki, tezliklə bu da yoluna qoyulacaq. Rəhbərlik komandalara uyğun şərait yaratmaq üçün çalışır”.
Rzayevin yeni qəbul etdiyi komanda ilə işi çox olacaq. U-19 çempionatda zəif təsir bağışladığından baş məşqçinin əsas vəzifəsi ilk növbədə kollektivi düşdüyü çətin vəziyyətdən çıxartmaqdır: “Görüləsi çox işimiz var. Amma çətinlikləri dəf edə biləcəyimizi düşünürəm. Komandaya baxıram, heyətdə yaxşı uşaqlar var. Məndən əvvəl komandada baş məşqçi işləmiş Fuad İsmayılov əlindən gələni edib. Fikrimiz aşağı yaş qruplarından komandaya yeni futbolçular dəvət etməkdir. 17 yaşlılara nəzər yetirmişəm, aralarında perspektivli oyunçular var. Onlarla işləmək həvəs yaradır. Bizdə yetişən, seçilən uşaqlar isə gələcəkdə əvəzedici heyətə və əsas komandaya dəvət ala bilərlər. Gənclərə yol açmaq, şans vermək lazımdır. Çalışacağıq ki, öz uşaqlarımız klubumuz üçün faydalı olsunlar”.
Sonda qeyd edək ki, Vidadi Rzayevin postunda çempionatda rəsmi debütü gələn aya təsadüf edəcək. Fevralın 10-da ikinci dövrənin ilk oyununda “Kəpəz” “Zirə” səfərində meydana çıxacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























