Ölkə futbolu
“O filmi çəkənlər, sifariş edənlər uğurlarımızı təkrarlasınlar, sonra gələrlər, danışarıq”
“Neftçi” klubu 11 il əvvəl, 2005-ci ilin 19 yanvarında Moskvada keçirilən “Birlik Kuboku”nun 1/4 finalında Ermənistan çempionu “Pünik” üzərində qazanılan tarixi qələbəyə (2:0) həsr olunmuş “Ağ-qara yaddaşımız” adlı qısametrajlı film hazırlayıb ki, həmin filmdə 11 il əvvəl klubun prezidenti olan Rövnəq Abdullayev və vitse-prezident Ramin Musayev nədənsə “unudulub”. Futbolxeber.az saytına geniş müsahibəsində PFL prezidenti bu məqama da toxunub. Futbolxeber.az-ın əməkdaşının “11 il əvvəl qazanılan tarixi uğurda böyük pay sahibi olan Rövnəq Abdullayev və Ramin Musayevə qısametrajlı filmdə yer verilməməsinin səbəbini nədə görürsüz” sualını Ramin Musayev belə cavablandırıb: “O filmə baxmamışam. Mən həmin hissləri canlı yaşamışam, filmi neynirəm? (gülür) Biləndə ki, filmi kim hazırlayıb, mənə hər şey aydın oldu. Biz bayaqdan səninlə ovaxtkı “Neftçi”dən danışırıq. O “Neftçi” ilə bu “Neftçi” arasında fərq çoxdu. Özünüz sorğu keçirdin. Azarkeşlər də mənim bu fikrimlə razılaşar. Tarixi silmək olmaz. “Neftçi” xalqın komandasıdı. O nə mənim, nə Rövnəq Abdullayevin idi. Biz sadəcə “Neftçi”nin işçiləri olmuşuq. Bu gün rahatam ki, vaxtında millətə nəsə sevinc bəxş edə bilmişik. “Neftçi”nin nailiyyətləri çox olub. Bizim vaxtımızda da, bizdən sonra da. Siz deyirsiz ki, bu filmdə biz unudulmuşuq. Amma mən heç “Neftçi”nin tarixi ilə bağlı sujetlərdə klubun Avroliqaya vəsiqə qazanmasını da görmürəm. Həmin uğurları gizlətmək olmaz. O uğura Sadıq Sadıqov və Böyükağa Hacıyev imza atıb. Heç kim dana bilməz ki, “Neftçi” Azərbaycan tarixində Avroliqanın qrup mərhələsinə yüksələn ilk klub olub. Biz vaxtında düz işləmişik, nailiyyətlər də göz qabağındadı. Kim nə istəyir çəksin, kim nə istəyir göstərsin, özü bilər. Lakin unutmasınlar ki, qazanılan uğurları xalqın yaddaşından silmək mümkün deyil. O vaxt biz erməniləri məğlub edib Bakıya qayıdanda aeroportda bizi xeyli azarkeş qarşıladı. İndiki Koroğlu metrosuna qədər azarkeşlər klubun atributları ilə bəzədilmiş maşınlarla komandanı müşaiyət etdilər, dəstək oldular. O filmi çəkənlər, sifariş edənlər aeroporta heç 10 nəfəri yığa bilməzlər. Əvvəl onu etsinlər, sonra gələrlər danışarıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
12.11.2026
11.11.2026
10.11.2026
























