12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Zirə” 20 Yanvarı unutmadı

Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün yoxlama oyununda Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə qarşılaşıb. Oyundan öncə “Zirə” tərəfindən 20 Yanvar faciəsi ilə bağlı kompaniya keçirilib. Üzərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlərin təsvir olunduğu şəkillər və faciə haqqında yazılı məlumatların yer aldığı kağızlar üç dildə hazırlanaraq, həm Almaniya təmsilçisinə, həm də “Zirə”nin futbolçularına təqdim edilib. Bundan başqa, təmsilçimizin futbolçuları meydana qara sarğıyla çıxıblar və oyundan öncə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla anılıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30