9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Hafiz Məmmədov - 51!

Bu gün “Bakı” Futbol Klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədov üçün əlamətdar gündür. Futbolxeber.az-ın məlumatına görə, Hafiz Məmmədovun 51 yaşı tamam olur. Hafiz Məmmədov 2004-cü ildən etibarən “Bakı” klubunun prezidentidir. Onun rəhbərliyi altında komanda 2 dəfə ölkə çempionu olub, 3 dəfə kuboka sahib çıxıb, həmçinin Avroliqanın play-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Hafiz Məmmədov 8 böyük futbol meydançası olan və 100 uşağın təlim aldığı futbol akademiyasından ibarət möhtəşəm bir futbol bazasını Azərbaycan futboluna təqdim edib. Hal-hazırda bu akademiyanın məzunları klubun əsas komandasında və bir çox Premyer Liqa klublarında top qovurlar.

O, uğurlu iş adamı olması ilə bərabər Azərbaycanın dünyada təbliği yönündə də böyük işlər görür. İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları ilə əməkdaşlıq sayəsində hər iki Avropa ölkəsində, eləcə də bütün dünyada  ölkəmizi yüz minlərlə insanlar tanıyıb. Hər iki klubun oyun formasında "Azerbaijan- Land of fair" loqotipi görüntülənib.

Biz də Hafiz bəyi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı və işlərində müvəffəqiyylətlər arzu edirik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31