7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Rahid Əmirquliyev: “DÇ-2018-in seçmə mərhələsində daha yaxşı çıxış edəcəyik”

“Moldova ilə matç ilin son oyunu idi. Buna görə də qələbə qazanmaq istəyirdik. Qarşıya qoyulan məqsədə nail olduq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın üzvü Rahid Əmirquliyev deyib.

Təcrübəli futbolçu Moldova üzərində qazandıqları 2:1 hesablı qələbəni belə şərh edib: “Çox çətin oyun keçdi. Matçın sonlarına yaxın nisbətən müdafiəyə daha çox diqqət ayırdıq. Bunun səbəbini bilmirəm. Bəlkə də bu yorğunluqdan irəli gəlirdi. Qol epizodlarımı da çox oldu. Şükürlər olsun ki, yekunda meydanı qələbə ilə tərk etdik”.

Əmirquliyev qeyd edib ki, kapitan kimi meydana çıxması onun üçün heç nəyi dəyişmir: “Bundan əvvəl Serbiya ilə oyunda da millini kapitan kimi çıxarmışdıq. Kapitan sarğısını mənim və ya bir başqasının taxması elə də önəmli deyil. Daha əvvəl millidə necə oynayırdımsa, Moldova ilə görüşdə də elə çıxış etdim”.

Təcrübəli futbolçu 2015-ci ili millimiz üçün belə dəyərləndirib: “Seçmə mərhələyə 4 məğlubiyyətlə başlamışdıq. Lakin məşqçi dəyişikliyindən sonra uğurlu çıxış etdik. Bolqarıstanla görüşü çıxmaq şərti ilə qalan görüşlərdə yaxşı çıxış etdik”.

“Xəzər Lənkəran”ın kapitanı DÇ-2018-in seçmə mərhələsi haqda da fikirlərini bölüşüb: “Növbəti tsikldə neçə xal toplayacağımızı heç kim deyə bilməz. Alınsa, qrupdan da çıxa bilərik. Düşünürəm ki, DÇ-2018-in seçmə mərhələsində daha yaxşı çıxış edəcəyik”








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31