8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Ölkə futbolu

Dodo: “Həmin epizodlarda hesabı aça bilsəydik...”

"Borussiya”nın gücü hamıya məlumdur. Bu komanda haqda artıq nəsə deməyə ehtiyac yoxdur. Belə güclü rəqibə qarşı oynamaq da çətindir”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin kapitanı Dodo deyib.

Braziliyalı futbolçu oyunu əks-hücumlar üzərində qurduqlarını bildirib: “Biz oyunumuzu əks-hücumlar üzərində qurmuşduq. Matça pis başlamadıq. Lakin geri qayıdarkən çətinlik çəkirdik. Çox güc itirirdik. Oyunun əvvəlində qol şanslarımız oldu. Həmin epizodlarda hesabı aça bilsəydik, nəticə fərqli olardı. Biz şanslarımızı boşa versək də, rəqib eyni səhvi etmədi. “Borussiya” əlinə düşən imkanlardan yararlandı”.

Dodo qol vurduğuna görə çox sevinmədiyini qeyd edib: “Qol vurmaq xoşdur. Lakin bu qol komandama nə 3, nə də 1 xal qazandırdı. Ona görə də çox sevinmirəm”.

“Qəbələ”nin “10 nömrə”si qeyd edib ki, qarşıdakı 3 oyunda qrupdakı vəziyyətlərini yaxşılaşdıra bilərlər: “Bu məğlubiyyətlə şanslarımızın tükəndiyini düşünmürəm. Qarşıda hələ 3 oyunumuz var. Həmin matçlarda xallar toplamaqla vəziyyətimizi yaxşılaşdıra bilərik. Qrupdakı hər oyun bizim üçün bir təcrübədir”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30