4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

İlkay Gündoğan: “Qəbələ” qrupda ikinci yeri tuta bilər”

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi İlkay Gündoğan “Qəbələ” ilə oyundan sonra Futbolxeber.az saytına qısa müsahibə verib.

- “Qəbələ”yə qalib gəldiyiniz oyun haqda nə deyə bilərsən?

- Qalib gəldiyimiz üçün şadıq. Bu oyunda 3 xal qazanmaq istəyirdik. Məqsədimizə çatdıq. Buna görə sevinirik. Oyunun ilk 15 dəqiqəsi bizim üçün çətin idi. “Qəbələ”nin oyunun əvvəlində 2 real qol şansı oldu.

- “Qəbələ”dən belə başlanğıc gözləyirdiz?

- Sözün açığı, gözləmirdik. Bizə qarşı müdafiədən oynayacaqlarını gözləyirdik. Matçın əvvəlində hücuma atılmaları bizim üçün sürpriz oldu. Biz də müdafiədə yaxşı oynadıq. Daha sonra hücumda fəallaşdıq və 3 qol vurduq. Qələbəyə layiq olduğumuzu düşünürəm.

- “Borussiya” qrupda hər 3 rəqibə qarşı oynayıb. Səncə, ikinci yeri “Qəbələ”, PAOK, yoxsa “Krasnodar” tutacaq?

- Hər 3 komanda güclüdür. Bizim hədəfimiz qrup birincisi olmaqdı. Lakin nə növbəti mərhələyə vəsiqəni, nə də qrup birinciliyini təmin etmişik. O ki qaldı ikinciliyə, digər 3 komandanın hər biri istəyinə çata bilər. Qrupda ikinci yeri “Qəbələ” də tuta bilər, digərləri də. Çox maraqlı mübarizə gedəcək. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28