4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

AFFA-nın araşdırma aparacağı milli üzvlərinin adları Futbolxeber.az-da

Xəbər verdiyimiz kimi, bu gün AFFA-da Məşqçilər Komitəsinin iclasında 21 yaşadək futbolçulardan ibarət komandamızın Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar üçün təlim-məşq toplanışına zədəli olduğunu bildirərək qatılmayan futbolçuların həqiqətən zədəli olub-olmamasının araşdırılması barədə qərar qəbul edib. Lakin AFFA-nın rəsmi saytında yer alan xəbərdə həmin futbolçuların adları açıqlanmayıb. Futbolxeber.az saytı həmin futbolçuların adlarını öyrənə bilib. Söhbət 4 futbolçudan gedir. Bunlar Coşqun Diniyev ("Qarabağ"), Elşən Abdullayev ("Neftçi"), Orxan Əliyev ("Xəzər Lənkəran") və Seymur Əsədovdur (AZAL).

Qeyd edək ki, Premyer Liqanın son turunda adıçəkilən 4 futbolçudan ikisi - Coşqun Diniyev və Elşən Abdullayev meydana çıxdıqları halda, Seymur Əsədov və Orxan Əliyev komandalarına kömək edə bilməyiblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28