Ölkə futbolu
Emin Quliyevdən şok açıqlamalar: “Klub daxilində baş verənlərdən Nuru Əliyevin xəbəri olmur”
"Kimlərsə kimlərinsə əli ilə istəklərinə çatdı. Rəhbərlik mənə dəstək verirdi. Nuru Əliyev və Bəhruz Şirəliyev mənə dəstəyini əsirgəmədi. Amma bəziləri var ki, onlarla işləmək mümkün deyil. Özləri bilir kimi deyirəm. Onlar sırf öz "şkura"larını güdürdülər”. Futbolxeber.az-ın “Futbol+” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri "Rəvan”ın sabiq baş məşqçisi Emin Quliyev deyib.
Azərbaycan Premyer Liqasının VIII turunda "Kəpəz"ə (0:2) məğlubiyyətdən sonra istefaya göndərilən gənc mütəxəssis gedişi ilə bağlı maraqlı fikirlər səsləndirib. O bildirib ki, bəzi futbolçular qəsdən zəif çıxış edirdilər: "Onu bilirəm ki, bəzi futbolçular oynamadılar. Mən də futbolçu olmuşam. Hər dəfə eyni adamlar eyni səhvləri edirdilər. Heç kimin babalını yuya bilmərəm, amma Allah hər şeyi görür. Məncə, həmin futbolçular klubun daxilində kimlərinsə sifarişlərini yerinə yetirirdilər. Nə oldu, yeni başlayanda yaxşı çıxış edirdilər, sonradan oynamadılar? Hər dəfə mənim ayağımın altını qazırdılar. İstəyirdilər, buyursunlar, işləyib özlərini göstərsinlər. Halbuki onlar klubun yaxşı vaxtlarında işləyiblər və heç nə etməyiblər. 7 dəfə gəlib-gediblər, bir nəticə verməyiblər. Amma başqalarına "torba tikirlər". Belə olmaz axı. Nə qədər ki, klubda belə adamlar işləyir, nəticə olmayacaq. Jurnalistlər "Rəvan" haqda yazırsa, hamısı düzdü. Moskvadan uşaqları ac-susuz gətiriblər. Özümüz yoldaşlıq oyunlarına gedəndə uşaqlar ac qalırdı. Belə problemlər üst-üstə yığılır, sonra da "nəticə" görünür. Klub daxilində elə şeylər baş verir ki, heç Nuru Əliyevin ondan xəbəri olmur. Klubda olan "köhnə qurdlar"mı, ən sonuncu adamlarmı deyim, futbolu yox, öz mənafelərini düşünürlər. Azərbaycanda futbol adamları nə qədər işləməsə, belə olacaq".
Qeyd edək ki, "Rəvan” ilk 8 turda 2 xal toplayıb və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır.
Mənbə: korner.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























