Ölkə futbolu
Rafael Santos: “Borussiya”yla Bakıdakı matçda oynamaq istərdim”
"Çernomorets”lə Odessadakı yoldaslıq görüşündə diz nahiyəmdən zədələndim. Bundan sonra müalicə olunaraq, bərpa prosesi keçirəm. Artıq fərdi məşqlərə başlamışam. Ayağımda az da olsa, ağrılar hiss edirəm. Ancaq düşünürəm ki, yaxın vaxtda hazır ola biləcəyəm". Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri “Qəbələ İK”ya açıqlamasında braziliyalı müdafiəçi Rafael Santos deyib.
Millinin oyunları ilə əlaqədar hələ sentyabrda yaranan fasilə zamanı zədələnən 31 yaşlı legioner 1 aydan artıqdır oynamır. Bu üzdən futbolçu qrup mərhələsində meydana çıxa bilmir. Son rəsmi matçını Avropa Liqasının pley-off mərhələsində, avqustun 20-də “Panatinaikos”la Bakıdakı oyunda keçirən Rafael elə həmin matçda aldığı sarı vərəqəyə görə Afinadakı cavab matçını buraxmalı olmuşdu.
Santosun fikrincə, bu ayın sonunda komandayla birgə məşq edə biləcək: “Mənə qalsa, indi də meydana çıxmağı düşünürəm. Şəxsən özüm “Borussiya”yla Bakıdakı matçda oynamaq istərdim. Ancaq tək mənim istəyimlə iş bitmir. Həkimlərin də məsləhətinə qulaq asmaq lazımdır. Əlbəttə, “Borussiya” kimi güclü rəqiblə oyunlarda iştirak etməyi çox istəyirəm. Ümumiyyətlə, qrup oyunlarında debütümü səbirsizliklə gözləyirəm”.
Təcrübəli futbolçu “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində çıxışıyla bağlı bunları dedi: “Oynamadığım matçları televiziyadan izləmişəm. Deyə bilərəm ki, “Qəbələ” qrupda da yaxşı təsir bağışlayır. Bu da komandamızın heyətində səviyyəli futbolçuların olmasıyla bağlıdır. İnanıram ki, qrup mərhələsini də keçib, 1/16 finala çıxa biləcəyik”.
2014-cü ilin yanvarından “Qəbələ”nin şərəfi ni qoruyan legioner sonda “Qəbələ IK” qəzetinin 100-cü sayının çıxması ilə bağlı fikirlərini və təbrikini dilə gətirib: “Qəzetdə yazılanları başa düşməsəm də, hər sayına baxıram. Xüsusilə, öz şəkillərim, haqqımda gedən məlumatlarla maraqlanıram. Klubun qəzeti haqda komanda yoldaşlarımdan soruşmuşam. Hamısı deyir ki, orada çalışanlar çox peşəkardır, işlərini yaxşı bilirlər. 100-cü say münasibətilə hər birinizi təbrik edirəm. Uğurlarınız davamlı olsun. İnanıram ki, belə də olacaq. Şəkillərim olan qəzetlərin hamısını Braziliyaya aparıram. Yerlilərimə göstərirəm ki, baxın, bizim klubun qəzeti var, orda mənim haqqımda yazıblar. Oğlum da qəzetlə maraqlanır. Doğrudur, son vaxtlar baxmır, çünki atası oynamadığından haqqında məlumat, şəkil yoxdur (gülür). Odur ki, bu açıqlamamın 100-cü nömrədə çıxması mənim üçün əlamətdar, sevindirici oldu. Şəklim olan yubiley sayınızı oğluma hədiyyə aparıb onu sevindirəcəyəm”.
Mehman KAMİLOĞLU
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























