Ölkə futbolu
Georgi Nikolovdan qadağa etirafı: “Azərbaycanı tərk edə bilmərəm”
"Bolqarıstan - Azərbaycan matçını həqiqətən də izləmək istəyirdim. Lakin şəxsən mənimlə bağlı maneə var". Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu Bakının "İnter" idman klubunun bolqarıstanlı prezidenti Georgi Nikolov "Trud" qəzetinə müsahibəsində deyib.
G.Nikolov Azərbaycan Beynəlxalq Bankı ilə bağlı iş üzrə şahid qismində çağırıldığını söyləyib: "Şahid kimi mənə bildirdilər ki, ölkəni tərk edə bilmərəm. Halbuki istənilən halda müttəhim deyiləm. Azərbaycan Daxili İşlər Nazirliyindən "Şahid olduğun üçün burada qalmalısan" dedilər".
Klub prezidentinin sözlərinə görə, Azərbaycan və Bolqarıstan arasında hüquq və məhkəmə proseduru sahəsində əməkdaşlıq müqaviləsi var: "Bolqarıstanda da şahid ola bilərəm. Azərbaycanda qalma müddətim başa çatmaqdadır və vəziyyət mürəkkəbdir. Gedə də, qala da bilmirəm. İki gün öncə miqrasiya orqanlarına vizamı uzatmaq üçün sənədlərimi vermişəm. Lakin mənim buraxılmağıma razılıq verib-verməyəcəkləri məlum deyil".
Hazırda "İnter" qarşısında öhdəliklərini yerinə yetirdiyini deyən G.Nikolov klubun sahibinin dəyişmə prosesinin tezliklə yekunlaşacağını və yeni sahibkarın yeni komanda ilə çalışmaq arzusunda ola biləcəyini söyləyib. Amma o, istənilən halda Azərbaycanı tərk etməkdən başqa çarəsinin qalmadığını açıqlayıb.
G.Nikolov avqustun əvvəllərində Bolqarıstanın Azərbaycandakı səfirliyinə müraciət etdiyini və səfir Mayya Xristovanın konsul vasitəsilə məlumatlandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, M.Xristova problemin həlli üçün əlindən gələni edəcəyini və məktubla Bolqarıstan Xarici İşlər Nazirliyini məlumatlandıracağını söyləyib. Klub prezidenti hazırda nəticəni gözlədiyini deyib: "Bakının hüquq institutlarından ədalətli və düşünülmüş qərar, Bolqarıstan hökumətindən isə kömək gözləyirəm. Azərbaycanda heç vaxt problemlə üzləşməmişəm. Əksinə, yerli əhali və qurumların həddən artıq xoş münasibətilə qarşılaşmışam. İş prosesində daim onların tam dəstəyini hiss etmişəm. Burada çoxlu dostum var".
"İnter"in prezidenti problemin yaranma səbəbini də açıqlayıb. O bildirib ki, Azərbaycan Beynəlxalq Bankı təsisçi və sahib olduğu klubu 3 istiqamətdə - sponsorluq, reklam və yeni obyektlərin tikintisi üçün nəzərdə tutulan kreditləşdirmə üzrə maliyyələşdirib. Martda bank və holdinqin idarəçiliyində dəyişiklik edilib, audit və araşdırmalara başlanılıb. Beləliklə, klub bankın sahiblik etdiyi təşkilatlar siyahısına düşüb: "Bu, mənimlə bağlı yaranmış situasiyanın səbəbidir".
G.Nikolovun fikrincə, həqiqətən də günah keçisi axtarılırsa, bu, çox təəssüf doğurur: "Klub aldığı bütün vəsaitləri lazımi qaydada maliyyə hesabatında sənədləşdirib. Kreditlər mövcud əməliyyat obyektlərinə sərf olunub. Bütün vəsaitlər ədalətli və mövcud hədəflərə xərclənib. Bu məsələdə illər ərzində ciddi məsuliyyətimi qorumuşam. Narahatlığım qeyri-müəyyən durumda olmağımla bağlıdır. Hər bir ölkədə olduğu kimi, burada da yaşamaq üçün razılıq olmaldıır. Amma hələ razılıq verilməyib. Bundan başqa, ölkəni tərk edərək şəxsi və işgüzar məsələlərlə bağlı səfərlərdə ola bilmirəm. Buna görə də qayğılıyam. Qəzetiniz vasitəsilə Bolqarıstan hökumətinə müraciət edirəm. Azərbaycan qanunlarına əməl etməkdə günah işlətməyən insana müvafiq institutların kömək göstərib-göstərməyəcəklərini bilmək istəyirəm. Bu məsələdə tam qərarlıyam".
Qeyd edək ki, oktyabrın 13-də Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək Bolqarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
13:00
Güləşçimiz Qazaxıstanda keçirilən turnirin qalibi olub
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
11.11.2026
10.11.2026
09.11.2026
























