Ölkə futbolu
Robert Prosineçki: “Əminəm ki, futbolçularım sabah da yaxşı oyun göstərəcəklər”
“Komanda 5 gündü bir yerdədi. Hazırlıq əla gedir, məşq prosesindən razı qalmışam”. Futbolxeber.az -ın məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avro-2016-nın seçmə mərhələsində İtaliya ilə oyun öncəsi deyib.
O, “Skuadra Adzurra” ilə görüşdə sona qədər mübarizə aparacaqlarını bildirib: “Bizi sabah çətin rəqib gözləyir. Dörd qat dünya çempionu ilə oynayacağıq. Qrupumuzun lideridi. Komandada hiss edirəm ki, inam qayıdıb. 4 oyundu uduzmuruq, futbolçular artıq özlərinə inanırlar. Əminəm ki, sabah da yaxşı oyun göstərəcəklər”.
- Sabah yaxşı oyuna ümid edirsiz, yoxsa nəticəyə?
- Mənim üçün həm yaxşı oyun, həm də yaxşı nəticə lazımdı. Xorvatiya yığması da Bakıya gələndə inanırdı ki, Avropa çempionatına vəsiqəni qazanacaq. Amma siz də gördüz ki, başqa nəticə oldu. Futbolçularıma dedim ki, mənim üçün yaxşı nəticə lazımdı. Əlimizdən gələni edəcəyik ki, İtaliya sabah rahat oynamasın və nəticə bizim üçün yaxşı olsun.
- Əvvəlki oyunlarda olduğu kimi, start heyətini açıqlayacaqsızmı?
- Bəli, mən hər oyunqabağı heyəti açıqlayıram. Bu gün bunu edə bilməyəcəm. Çünki dünənki məşqdə 2 oyunçu yüngül zədə alıb. Bugünkü məşqi gözləməliyəm. Ümid edirəm ki, vəziyyətləri yaxşıdı. Amma bu gün heyəti açıqlaya bilməyəcəm. Hansı oyunçuların zədə aldığını açıqlamaq istəmirəm. Çünki İtaliyadan gələn həmkarlarımız da burdadılar. Məşqdən sonra biləcəm ki, onlar sabahkı matçda oynaya biləcəklər, ya yox. Hər şey yaxşı olsa, sabahkı heyətdə Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Dmitri Nazarov, Ruslan Qurbanov və Əfran İsmayılov start heyətində yer alacaqlar.
- Berti Foqtsla sizin komandanız arasında nə kimi fərq var? Əldə etdiyiniz nəticələr sizi qane edirmi?
- Mən keçmişi ətraflı yada salmaq və müqayisə etmək istəmirəm. Deyə bilərəm ki, qısa zamanda Azərbaycan yığması özünə inanmağa başladı və gözəl oyun göstərdi. Biz 4 oyundu uduzmuruq. Səfərdə Norveçlə, Bakıda Xorvatiya yığması ilə heç-heçə oynadıq. Hər məşqçinin öz fəlsəfəsi var. 9 aydı Azərbaycandayam. Oyunçular məni başa düşürlər və tələb etdiyi futbolu oynayırlar. Məndə olan məlumata görə, bu günə kimi 40 min bilet satılıb. İnanıram ki, sabahkı matçda da komandam öz bacarığını göstərəcək. Mən həmişə demişəm ki, Azərbaycanda güclü futbolçular var. Bunun nəticəsini də görürük.
Mənbə: qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
13:00
Güləşçimiz Qazaxıstanda keçirilən turnirin qalibi olub
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
11.11.2026
10.11.2026
09.11.2026
























