Ölkə futbolu
Qurban Qurbanov: “Mənim komandama psixoloq lazım deyil”
“Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsinin II turunda evdə “Anderlext”ı qəbul edəcək. Futbolxeber.az-ın məlumartına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin qarşıdakı oyunla bağlı suallarını cavablandırıb.
- Çoxdandır azarkeşlərimiz önündə belə oyun keçirmək istəyirdik. Çox sürətli komandaya qarşı oynayacağıq. “Anderlext”də həmişə ustalıq səviyyəsi yüksək olan futbolçular olur. Buna görə də bu komandadan digər klublara səviyyəli futbolçular transfer olunur. Çox diqqətli olmalıyıq. Bizə gəldikdə isə futbolçularımızın hər biri məsuliyyəti dərk edir. Bilirik ki, sürətli olmasaq, bu komanda ilə başabaş mübarizə apara bilmərik. Məncə, sabah çox maraqlı oyunun şahidi olacaqsınız.
- Çumbinyonun meydana çıxmaq ehtimalı varmı?
- Sabahkı oyunda onun adını “18-liy”ə salmayacağıq. Amma növbəti oyunlarda ondan da istifadə edəcəyik.
- Sabah avrokuboklarda yubiley - 50-ci oyununuza çıxacaqsınız. Buna görə futbolçulara əlavə motivasiya vermisiniz?
- Oyun sayının önəmi yoxdu. Biz bütün görüşlərdə, əsasən də Bakıda yaxşı nəticə əldə etmək istəyirik. İnanıram ki, futbolçularım istəkli oynayıb, əllərindən gələni edəcəklər. Sabah bizə psixoloji hazırlıq da çox lazım olacaq. İstərdim ki, oyunu qələbə ilə başa vuraq. Amma rəqibin də gücünü dəyərləndirməliyik.
- Son günlər mətbuatda “Qarabağ”ın futbolçuları arasında gərginlik olması ilə bağlı yazılar gedir. Belə bir hal olubmu?
- Bu yazıların harda getdiyini bilmirəm. Amma belə bir şey yoxdu. Bizim oyunlara hər biriniz gəlirsiniz. Yəqin ki, belə bir halla rastlaşmamısınız.
- “Qarabağ”ın futbolçuları qol vurduqdan sonra psixoloji cəhətdən yaxşı durumda olmurlar. Ya özlərinə inanmırlar, ya da arxayınlaşırlar. Sizcə, komandanıza psixoloq lazımdırmı?
- Mənə dəfələrlə belə sual veriblər. Ola bilsin ki, hər hansı bir idman növündə psixoloq lazım olsun. Ancaq mənim komandama psixoloq lazım deyil. Özüm onlarla lazımi qaydada danışıram. Nəticəyə gəldikdə isə buna normal baxıram. Biz “Tottenhem”lə oyunda bir qol vurduqdan sonra üçünü buraxdıq, “Mançester Siti” isə dördünü. Bunlar furbolda normal haldır. Sabahkı oyunda da heç bir psixoloji gərginlik olmayacaq. Futbolçularıma inanıram.
- Sabah “Qarabağ”ın heyətində iki hücumçu görə bilərik?
- Bizdə nadir hallarda iki hücumçu olur. Ancaq bəzən 3-4 hücumameyilli futbolçu ilə oynayırıq. Ola bilər ki, sabah hücumda altı hücumameyilli futbolçu ilə çıxış etdik. Dəfələrlə bildirmişəm ki, hücum edə-edə müdafiə olunmalıyıq. Rəqibə hücum qurmağa imkan verməməliyik.
- Rəqibin hansısa futbolçusundan çəkinirsiniz?
- Biz kollektiv oyuna üstünlük verəcəyik. Qeyd etdiyim kimi, rəqibin elə oyunçuları var ki, bir anda oyunun taleyini həll edə bilər. Ancaq çalışacağıq ki, kollektiv şəkildə uğur qazanaq.
- Sabah bir xal qazansanız, bu, sizi qane edəcək?
- Bunu oyundan sonra desəm, daha yaxşı olar. Çünki göstərdiyimiz oyunun keyfiyyətindən asılı olaraq fikir bildirməliyəm ki, bu nəticə bizi qane edir, ya da etmir.
- “Anderlext”in heyətində daha çox hansı futbolçunu fərqləndirərdiz?
- Rəqibin istedadlı oyunçuları çoxdur. Çox istəkli və sürətlidilər. Okakanı xüsusi qeyd edərdim. İnsayd hücumçuları sürətlidir. Mərkəz müdafiəçiləri ucaboydular, standart vəziyyətlərdə təhlükəlidilər. Sağ müdafiəçiləri həm hücumda, həm müdafiədə oynayır, meydanın hər yerində görünür. Belə komandaya qarşı oynamaq bizim üçün daha maraqlı olacaq.
Mənbə: qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
13:00
Güləşçimiz Qazaxıstanda keçirilən turnirin qalibi olub
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
11.11.2026
10.11.2026
09.11.2026
























