Ölkə futbolu
Gəncədə bir gün YAZI
- Hara gedəşsən?
- Stadiona. Neçəyə apararsız?
- Hansına? “Spartak”a yoxsa “Lokomitiv”ə?
- “Kəpəz” harda oynayırsa o stadiona.
- Da denən “Kəpəz” - “Qarabağ” oyununa gəlmişəm də. İncimə bajoğlu, amma bir az tələsmisən, oyun günortadan sonradı.
- Bilirəm ağsaqqal. Özüm tez gəlmişəm. Deyəsən, siz də futbolla maraqlanırsız. Belə olmasaydı, matçın başlama satını bilməzdiz. dəqaytaran “Kəpəz”in bir oyununu buraxmıram. Stadionun ətrafında mənim maşının üçün xüsusi yer ayrılıb. Hamı məni tanıyır. Mənə elə gəlir bu gün heç-heçə olacaq. Nəsə ürəyimə damıb.
Bu, Gəncədə məni stadiona aparan taksi sürücüsü ilə aramızda olan diqloq idi. Nizami yurdunda qarşıma çıxan ilk adamın futboldan həvəslə danışması, yerli komandanın oyunlarını belə yaxından izləməsi qərb bölgəsinin paytaxtında futbolun necə sevildiyinin əyani nümunəsi idi. Əslən həmin bölgədən olduğumdan ailəmizdə həmişə “Kəpəz”ə xüsusi simpatiya bəslədiklərini gizlətmirəm. Atam hər dəfə mənə və nəvələrinə ötən əsrin 60-cı illərində seksiya ilə (yaşlı insanlar Şəmkirdə elektrik qatarına belə deyirlər) Gəncəyə getməsini, “Dinamo”nun oyunlarını izləyib, ertəsi məktəbdə rəhmətlik Namaz müəllimə həmin matçın stenoqramını danışaraq “5” almasını sevə-sevə nəql edib. Hər dəfə ailəmizdə futboldan söhbət düşəndə SSRİ çempionatının güclülər dəstəsində bir mövsüm çıxış etmiş “Dinamo” və onun şərəfini qorumuş futbolçular dəfələrlə atam tərəfindən yada salınır. Bu üzdən məndə də qiyabi də olsa uşaqlıqdan Gəncə futboluna sevgi yaranıb. Baxmayaraq ki, uşaqlığım SSRİ dönəminə təsadüf edib. Sinəsinə “oktyabryat” nişanı taxan, boynunda pioner qalstuku daşıyan istənilən həmyaşıdım kimi mən də gözümü açıb məhlədə “Neftçi” sözünü eşitmişəm, ilk topum isə atamın dostunun mənə bağışladığı ağ-qara, el arasında “Neftçi” topu” adlandırılan top olub. İndiyədək yadımdadı: topu həyətə düşürməyə icazə vermirdilər ki, bunun qiyməti 25 manatdı. Ancaq müxtəlif vaxtlarda müxtəlif adlarla istər SSRİ, istərsə də milli çempionatda çıxış edən Gəncə təmsilçisi mənim üçün digərlərindən “bir köynək yaxın “olub. Bəlkə də kimlərsə, futbol yazarı kimi səmimi etirafımı qeyri-peşəkarlıq kimi qəbul edəcək. Ancaq səmimi və təmənnasız sevgini etiraf etmək məncə ayıb deyil.
İsti qarşılanma
Gəncə stadionuna çatmamış yolda sabiq “Futbol+”çi, hazırda “Kəpəz”in mətbuat katibi olan, oxucuların və futbol ictimaiyyətinin daha çox Azad R. R. kimi tanıdığı Azad Mustafayevə zənğ vurub harda olduğu ilə maraqlandım. Cavab isə belə oldu: “Qasımov, oyun günü hamımız səhər saat 10.00-dan stadionda oluruq. Sən gəl, heç bir problem yoxdu”. Yuxarıda qeyd etdiyim taksi sürücüsü yaşının çoxluğuna baxmayaraq, çox böyük həvəslə məni bir göz qırpımında məşhur Gəncə stadionuna çatdırdı. Klubun ofisinin astanasında keçmiş həmkarım məni qarşılayıb içəri dəvət etdi. Səhər saatları olmasına baxmayaraq, artıq Gəncədə hamının hörmət bəslədiyi Mehman Allahverdiyev və yerli azarkeşlərin zarafatla “gəncəli Mikayıl” çağırdığı, AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu birincinin iş otağında qarşı-qarşıya əyləşib, “Qarabağ”la oyunun təşkilatçılığıyla bağlı fikir mübadiləsi aparırdı. Onlarla çay içəndən sonra Mikayıl bəylə son vaxtlar “ikinci gəncliyini yaşayan”nı arena ilə tanışlığa yollandım.
Simasını dəyişən stadion
Doğrudan da “Kəpəz”in ev oyunlarını keçirdiyi stadion son 3 ayda çox dəyişib. Bu məsələdə gəncəlilərin və şəhərin icra başçısının əməyi nə qədərdisə, Mikayıl bəyin zəhməti də o qədərdi. Arenanın ot örtüyü Qəbələ stadionun qazonu kimi ideal olmasa da, pis də deyildi. Ərazi ilə tanış olanda stadionun texniki personalı, örtüyün bu duruma gətirilməsində Mehman bəyin xüsusi əməyinin olduğunu bildirdi. Allahverdiyev şəxsən özü çempionatdan əvvəl ot örtüyünün normal vəziyyətə gətirilməsi üçün fəhlələrlə birgə çalışıb. Mikayıl bəylə gəzintidə ehtiyat və süni örtüklü meydançanın durumu ilə tanış oldum. Hər ikisi demək olar ki, ideal səviyyədə idi. Nərimanoğlu hər iki meydançanın 3 ay əvvəlki durumunun şəkillərini göstərəndə bir daha əmin oldum ki, istək, həvəs və ən əsası pul olan yerdə heç bir maneə aşılmaz deyil. Meydançaya girişdə komandanın iri posteri, VİP tribunada otaqların kosmetik təmiri, oturacaqların quraşdırılması - bunlar hamısı son 90 gündə görülən işlərdi. Mikayıl bəy mənimlə söhbətdə Gəncədə komandaya olan sevgidən də söhbət açdı: “Gördüyünüz bu poster bizə havayı başa gəlib. Bunu hazırlatmaq üçün şəhərdə fəaliyyət göstərən studiyaların birinə müraciət etdik və posterin neçəyə başa gələcəyi ilə maraqlandıq. Studiyanın əməkdaşları bildirdilər ki, buna görə heç nə istəmirlər. Bu da onlar tərəfindən kluba bir hədiyyə olsun. Tək bu yox, bir çox məsələlərdə gəncəlilər komandaya kömək edirlər. Adam görəndə ki, şəhərdə “Kəpəz”ə bu qədər hörmət və sevgi var, daha da çox çalışmaq və uğur qazanıb onları sevindirmək istəyir”.
Mikayıl bəylə birgə Gəncə stadionunun məşhur tunelinə də baxdıq. Bu həmin tuneldi ki, vaxtilə bir çox futbolçular burda döyülüb, fiziki təzyiqlərə məruz qalıb. Bu həmin tuneldi ki, orda səslənən “gəlibsiz ə, ...” indiyənədək futbol ictimaiyyəti arasında dillər əzbəridi. Artıq zamənə və dəngələr dəyişib. Tuneldə yüksək səviyyədə işıqlandırma sistemi quraşdırılıb, divarlar rənglənib, uçulub-dağılmış pilləkənlər təmir olunub. Bir sözlə, Gəncə stadionunda son 3 ayda çox işlər görülüb. Yəqin ki, yaxın vaxtlarda stadionun həyətinə yığılan oturacaqlar da tribunalara quraşdırlacaq. Oyunu izləmək üçün stadiona gələn azarkeşlər daha betonun üstündə oturmayacaq.
Göstərişə ehtiyac yoxdu
Azarkeşlərdən söz düşmüşkən, matçın başlamasına 1 saatdan artıq vaxt qalmasına baxmayaraq, gəncəli tərəfdarlar stadionun giriş qapısında görünməyə başladılar. Ətraf rayonlardan da “Kəpəz”in oyununu izləmək üçün stadiona təşrif buyuranlar var idi. Son günlər ölkə mətbuatında Gəncə azarkeşlərinin qırdığı rekorda kölgə salan, onların stadiona məcburi gətirildiyi deyilən yazılar gedir. Ancaq gördüklərimə əsasən onu deyə bilərəm ki, son oyunda qeydə alınan 20 min azarkeşin 95 faizi şəxsi istəyi ilə matça gəlmişdi. Qalan 5 faiz isə müxtəlif idarə və müəssisələrin, ali məktəblərin payına düşürdü ki, bu da hardasa başa düşüləndi. Bəzi məmurlar şəhərin icra başçısı, çılğın futbol azarkeşi olan Elmar Vəliyevin yanında özünə “xal yığmaq” üçün əməkdaşlarını zorla futbola gəlməyə məcbur edirlər. Ancaq bu yerli əhali tərəfindən yaxşı qarşılanmır. Oyun ərəfəsində söhbət etdiyim fanklub rəhbərləri də məmurların bu addımını bəyənmirlər. “Kəpəz” fanklubunun rəhbəri Elmar Əliev bizimlə söhbətdə bunları söylədi: “Gəncə azarkeşləri onsuzda stadiona gəlir. Bəzi məmurlar özlərini icra başçısına göstərmək üçün bəzən əməkdaşlarını məcburi stadiona gətirirlər. Ancaq bizim buna ehtiyacımız yoxdu. Özünüz də gördüz ki, “Kəpəz”in nə qədər azarkeşi var”.
“Kəpəz”ə könül verən Qurban dayı
Matçın başlamasından bir qədər əvvəl fanklublar ayrı-ayrılıqda bir araya gəlib, dislokasiya yerlərini, matçboyu səsləndirəcəkləri şüarları müzakirə edirdilər. Bu arada polislərdən biri Mikayıl bəyə yaxınlaşıb, “Xəmsə” fanklubunun üzvündən petardlar götürdüyünü xəbər verdi və həmin azarkeşilə bağlı hansı ölçü götürməli olduğunu soruşdu. Nərimanoğlu mayor rütbəli zabitə “petardları götürün, uşağa isə dəyməyin. Çantasını da özünə qaytarıb, oyuna baxmasına problem yaratmayın” söylədi. Ümumiyyətlə, Gəncədə görüdüklərimə əsasən onu deyə bilərəm ki, klub rəhbərliyi maksimum dərəcədə azarkeşlərlə münasibətləri korlamamağa çalışır. Bu işdə Mikayıl və Mehman bəyi xüsusi qeyd etmək lazımdı. Qarşılaşmanın başlamasına dəqiqlər qalmış yaşlı bir kişinin meydançanın ətrafında əlində iki dəstə gül tutması diqqətimi cəlb etdi. Maraqlanan da məlum oldu ki, əslən Cəbrayıldan olan Qurban dayı “Kəpəz”in hər ev oyununda komandaların kapitanlarına gül dəstəsi verir. Bunun sabəbini öyrənmək üçün Qurban kişiyə yaxınlaşıb fikirlərini öyrəndim: “ Cəbrayıldan qaçqın düşəndən, yəni 25 ildi Gəncədə məskunlaşmışam. Bura gəlməmişdən öncə də “Kəpəz”ə azarkeşlik etmişəm. SSRi dönəmində isə “Dinamo”ya könül vermişdim. Həmin komandanın güclülər dəstəsinə çıxçmasında mənim də az-çox zəhmətim olub. Ancaq o haqda danışmaq istəmirəm. Artıq neçə illərdi ki, “Kəpəz”in istər ev, istərsə də səfər oyunlarını canlı izləyirəm. Mənim üçün fərqi yoxdu komanda hansı dəstədə çıxış edir. 8-9 il öncə mənə çempionatın yaxşı azarkeşi kimi mükafatda təqdim olunub. Hətta Gəncə stadionunda Lev Yaşinlə görüşmüşəm. Əfsanəvi qapıçı onda mənə “Dinamo”nun döş nişanını hədiyyə etdi. Həmin nişanı indiyədək saxlayıram. Bir dəfə Gəncədə mənə dedilər ki, sən gəncəli olmaya-olmaya niyə “Kəpəz”ə bu qədər azarkeşlik edirsən? Həmin adama bildirdim ki, sən evdə yatanda mən İmamzadədə dizin-dizin sürünüb böyük futbolun yenidən Gəncəyə qayıtmasını niyyət edirdim. “Qarabağ” mənim dədə-baba yurdumu təmsil edir. Mən də qarbağlıyam. Avrokuboklarda həmişə Qurban Qurbanovun komandasını dəstəkləmişəm. Ancaq “Kəpəz”in ürəyimdə yeri başqadı.
Sabah ümidlə
Matç başa çatandan sonra bəzi azarkeşlər Elvin Əsgərovun idarəçiliyindən, xüsusən ilk penalti qərarından narazılığını bildirsə də, heç bir insidentsiz evlərinə yollandıqlarını xüsusi vurğulamaq istəyirəm. “Hakim də insandı, səhv edə bilər” prinsipini əsas götürən fanatlar, yaşlı azarkeşlərin də məsləhəti ilə arenanı tərk etdi. Ancaq onların hamısı sabaha ümidli idi. Azarkeşlərin nikbinliyi, “növbəti oyunda qalib gələcəyik” kimi fikirlər səsləndirməsi, gəncəlilərin komamdalarına necə inandıqlarının göstəricisi idi. Sonda onu da bildirim ki, matçı izləyənlər arasında Tərtərin icra başçısı Müstəqim Məmmədov da var idi.
Rəşad, “Futbol+” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- "Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
- “Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
- "Qarabağ"ın müdafiəçisinə Braziliyadan təklif
- Azər Bağırov: “Rüfət Abdullazadəni hər komanda heyətində görmək istəyər”
- Rza Cəfərov “Qəbələ” yolunda: danışıqlar yekunlaşmaq üzrədir
- Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI
- “Atletik” “Qarabağ”ın şikayəti əsasında cərimələndi
- Qara Qarayev “Araz-Naxçıvan”dan getdi
- “Neftçi” “Şaxtyor”un yarımmüdafiəçisi ilə güclənmək istəyir
-
15:10
AFFA-nın təşkil etdiyi liqalarda yeniliklər tətbiq olunacaq
-
14:47
MOK-da "Etik və psixoloji bacarıqlara güclü idmançı" layihəsinin təltifetmə mərasimi keçirilib
-
14:21
"Karvan-Yevlax" Füzuli Məmmədovun təyinatını açıqladı
-
13:53
Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Qarabağda olub
-
13:39
“Araz-Naxçıvan”da ciddi itkilər: ikisi zədəli, biri müəmmalı
-
13:15
“İmişli” - “Araz-Naxçıvan”: Heyətlər açıqlandı
-
12:46
Əliyar Ağayev “Lion”un qələbəsinə şahidlik etdi
-
11:22
"Fənərbağça"nı Fransa klubuna dəyişdi
-
11:04
Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsi start götürür
-
10:58
Aleksandr Mostovoy: “Qarabağ”ın qoluna həm təəccübləndim, həm də sevindim”
-
10:31
Avroliqada 2 klub 1/8 finala vəsiqəni təmin etdi
-
10:17
"Fənərbağça" "Aston Villa"ys uduzdu VİDEO
-
10:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
23:00
“Neftçi”dən azarkeşlərinə müjdə
-
22:45
“Sumqayıt” qələbə qazanıb
-
21:26
Millimiz Danimarkaya uduzdu
-
20:58
Çempionlar Liqası: Elvin Cəfərquliyev həftənin rəmzi komandasında
-
20:13
“Neftçi” yeni ildə ilk rəsmi matçına hazırdır
-
19:37
Çempionlar Liqasında həftənin ən yaxşı o seçildi
-
18:42
Dzekonun yeni klubu müəyyənləşdi
-
18:04
Bakıda "Cüdo məktəblərdə" layihəsinə start verilib
-
17:29
PFL təqdim edir: "Qarabağ"ın qələbəsi dünya manşetlərində VİDEO
-
17:11
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
-
16:55
Bölgə klubu yeni legionerlə güclənib
-
16:36
Qurbanovun 500-cü qələbəsi
-
16:00
Ehtiram Quliyev: “Hədəf həm çempionatda, həm də kubokda maksimum nəticədir” VİDEO
-
15:43
Xetaq Qazyumov millimizin toplanışını dəyərləndirdi
-
15:28
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
-
15:17
Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimləri fiziki testdən uğurla keçiblər
-
14:54
Azərbaycan klublarının Çempionlar Liqasında 150-ci qolu
-
14:32
17-ci turun hakim təyinatları
-
14:09
Van Deyk: “Qarabağ”la oyunda hər şey bizdən asılı olacaq”
-
13:43
"Araz-Naxçıvan"da yeni məşqçi
-
13:21
Bakı klubunda avtraliyalı legioner
-
13:15
“Qarabağ”ın hücumçusu ÇL-in bombardirləri siyahısında
-
12:58
Millimizin üzvü "Səbail"lə anlaşdı
-
12:37
Azərbaycanlı hakimi Ermənistan millisinin oyununa təyinat alıb
-
12:14
Yeniyetmə atletlər arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
12:00
Musa Qurbanlı: “Bu cür komandalara ancaq ürəklə qalib gələ bilərsən”
-
11:42
Medina ÇL-in ilk "5-liy"ində
-
11:29
“Ayntraxt”ın futbolçusu: “Qarabağ” bizi düzgün cəzalandırdı”
-
11:13
"Liverpul" Fransadan 3 xalla qayıtdı VİDEO
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
ÇL-də həftənin ən yaxşısı adına namizədlər müəyyənləşdi
-
10:21
"Qalatasaray" - "Atletiko" matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
Azərbaycan UEFA reytinqində irəlilədi
-
09:46
"Qarabağ"ın qələbəsi VİDEO
-
02:12
Zubir: “10 xal inanılmaz göstəricidir”
-
01:34
Qurban Qurbanov: “Bəhlulun bəxti gətirməyib ki, müdafiəçi olub”
-
01:07
“Ayntraxt”ın baş məşqçisi: “Biz bir səhv daha çox etdik”
23.01.2026
22.01.2026























