3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

“Azərbaycanda ilk dəfə legioner futbolçudan təzminat alan klub “Xəzər Lənkəran” olub”

“Transferlə bağlı Premyer Liqada ən çox problem yaşayan klubun “Xəzər Lənkəran” olması fikri ilə razı deyiləm. Azərbaycanda elə klub var ki, ümumiyyətlə transfer reallaşdırmır. Belədə təbii ki, həmin klubun FIFA ilə də hər hansı problemi olmayacaq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Nadirov Azərbaycanda əcnəbi futbolçudan təzminat alan ilk klubun “Xəzər Lənkəran” olduğunu vurğulayıb: “Azərbaycanda ilk dəfə legioner futbolçudan təzminat alan klub “Xəzər Lənkəran” olub. 2006-cı ildə düşərgəni özbaşına tərk edən Xorxe Diasdan FIFA-ya şikayət etdik. Beynəlxalq futbol qurumu da bizim bu məsələdə haqlı olduğumuzu təsdiqlədi. Yekunda həmin futbolçu bizə təzminat ödədi. Halbuki buna qədər Azərbaycan klubları daim FIFA-ya şikayət edərkən qarşı tərəfdən mənfi cavab alırdılar”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30