21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

Prosineçki: "Cavid və Maksim üçün darıxmışam"

"Nə olursa-olsun, Xorvatiya millisi böyük, eyni zamanda mənim sevimli komandamdır. Ümid edirəm ki, Azərbaycan yığması da onlara qarşı yaxşı oyun sərgiləyəcək". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.

46 yaşlı mütəxəssis komandasının iki futbolçusu üçün darıxdığını bildirib: "Bu günə qədər sabit oyunu ilə seçilən iki futbolçu üçün darıxmışam. Bunlardan biri hazırda həbsdə olan Cavid Hüseynov, digəri isə Maksim Medvedevdir. Hər iki futbolçu bizim üçün önəmlidir. Onları əvəzləyəcək futbolçularımız var. Oyuna gəlincə matç 15 min tamaşaçı tutumuna malik "Bakcell Arena"da keçiriləcək. Bu, əsl futbol arenasıdır. Beynəlxalq oyunlar zamanı orada əla atmosfer olur".

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Xorvatiya oyunu saat 21:00-da başlayacaq.





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30