18 Avqust 2025, Bazar ertəsi
Adil Şükürov: “Kəpəz” düzələcək”
"Sumqayıt"dan möhtəşəm start
"Müqavimət göstərməyə gücümüz var"
Kurban Berdıyevdən qələbə şərhi

Ölkə futbolu

Kanales, Müller, Cilardinyo və Yovetiçlə bir sırada

 

Avropa ölkələrinin milli çempionatlarında ən çox qol vuran futbolçuya təqdim olunan “Qızıl buts” mükafatına iddiçıların siyahısı açıqlanıb. Futbolxeber.az-n məlumatına görə, 79 futbolçunun adının düşdüyü siyahıda "Neftçi"nin hücumçusu Nikolas Kanales də var. 26 qolla Premyer Liqanın ən yaxşı bombardiri olan Nikolas Kanales 67-ci yerdədir. Çempionatımızın əmsalı 1-ə bərabər olduğundan çililinin xalı da 26-dır. O, məşhur simalardan Tomas Müller (“Bavariya”), Alberto Cilardinyo (“Bolonya”) və Stefan Yovetiç (“Fiorentina”) kimi oyunçulara şərikdir. Lakin bu ulduzların oynadığı çempionatların əmsalı 2-yə bərabər olduğundan, onlar 26 xalı 13 qolla qazanıb.
 
Siyahıya “Barselona”nın İspaniya çempionatındakı oyunlarında 45 qol vuran Lionel Messi başçılıq edir. 90 xalı olan argentinalı ən yaxın izləyicisini 22 xal qabaqlayır. 
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31