25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

Şahin Diniyev: “Legioner götürmək çox həssas bir məsələdir”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev heyətə qatdıqları legionerlərdən danışıb. Futbolxeber.az-ın məlumatına görö, təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında deyib: “Legionerlər Türkiyənin Ərzurum şəhərində keçirilən təlim-məşq toplanışında düşərgəmizə təşrif buyurdular. Onlara məşqlərdə və yoxlama oyunlarında baxdım. Açığı, bəyəndim. Bakıda bir daha baxmaq istədim, ona görə də futbolçuları ölkəmizə dəvət etdik. Komandaya legioner götürmək çox həssas bir məsələdir. Səhv etmək olmaz, tam əmin olandan sonra müqavilə bağlamalısan. Bizə komandaya kömək edə biləcək futbolçular, o cümlədən legionerlər lazımdı. Deyə bilərəm ki, Juninyo belə oyunçulardandır. Onun oyunlarının kasetini izləmişdim, amma yenə də sınamaq istədim. Ümidlərimizi doğruldur. Heyətdəki bütün futbolçulara inanıram”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31