25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

“Qəbələ” Kiprdəki insidentlə bağlı bəyanat yaydı

“Qəbələ” klubu Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə “Apollon”a qarşı baş tutan matçda baş verən insidentlə bağlı bəyanat yayıb. Futbolxeber.az klubun rəsmi saytına yer alanda bəyanatı təqdim edir:    

- UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin Larnaka şəhər stadionunda keçirilmiş “Apollon” – “Qəbələ” (1:1) oyununda baş verən hadisələr dərin təəssüf hissi doğurmuşdur.

Futbol ictimaiyyətinin diqqətinə çatdırmaq istərdik ki, matçdan öncə həm rəqib klubun rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyi bildirilmişdir. Eyni zamanda, daha öncə klub və milli komandalar səviyyəsində Kiprdə keçirilmiş oyunlarda yaşanmış qalmaqallar hər iki tərəfin nəzərinə çatdırılmışdır. Xatırladaq ki, komandamızın kapitanı Cavid Hüseynov 2006-ci ildə 19 yaşlılardan ibarət Azərbaycan - Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalmışdır.

Təəssüf hissi ilə qeyd etməliyik ki, keçmişdə baş vermiş bənzər hadisələr bu oyunda da yaşanmışdır. Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsi və “Apollon” klubunun rəhbərliyinə etirazımız bildirilmişdir və məsələyə müdaxilə etmələri tələb edilmişdir. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını almışdır.

Bununla belə, bütün xəbərdarlıqlarımıza baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam etmişdir. “Apollon” azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinməmişdir.

Daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutan “Qəbələ” İK idman meydanlarında bu cür hadisələrin baş verməsinə qarşıdır. Bu səbəbdən 06 avqust 2015 tarixində keçiriləcək cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa və yalnız komandamızı dəstəkləməyə çağırırıq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31