25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

“Xəzər Lənkəran” xorvat və serb futbolçulardan imtina etdi

“Xəzər Lənkəran” bir müddətdir yolunu gözlədiyi xorvat və serb futbolçulardan imtina edib. Bu haqda Futbolxeber.az saytına “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Klub rəsmisi qeyd edib ki, hücumçu və pleymeyker mövqeyində çıxış edən futbolçular baxışa gəlməkdən imtina ediblər: “Həmin futbolçular komandamızın düşərgəsinə baxışa gəlməliydilər. Lakin onlar bundan imtina etdilər. Birbaşa müqavilə imzalamaq istəyirdilər. Biz isə bununla razılaşmadıq. “Xəzər Lənkəran” cari mövsüm heyətinə qatdığı bütün legionerləri ilk növbədə baxışdan keçirir. Ona görə də xorvat və serb futbolçuların gəlişi baş tutmadı. İndi onların əvəzinə başqa futbolçuların yolunu gözləyirik. Onlar da Avropadandırlar”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31