7 Mart 2026, Şənbə
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”

Ölkə futbolu

Valeri Abramizde: “Azlıqda 2 qol buraxmaq “Qəbələ” üçün yaxşı hal deyil” ÖZƏL

“Qəbələ”dən daha yaxşı oyun gözləyirdim. Amma “Dinamo” da yaxşı təsir bağışladı”. Futbolxeber.az-ın Tiflisə ezam olunmuş əməkdaşına verdiyi açıqlamada bu sözləri Valeri Abramidze deyib.

Vaxtı ilə ölkəmizdə “Neftçi”, “Xəzər Lənkəran” və “İnter”in formasını geymiş müdafiəçi, “Dinamo” - “Qəbələ” matçı haqda deyib: “Dinamo” topa daha çox nəzarət edirdi. Çox təəccübləndim ki, onlar 10 nəfər qalsalar da, 2 qol vurdular. Azlıqda 2 qol buraxmaq “Qəbələ” üçün yaxşı hal deyil. “Dinamo” da güclü kollektivdir. Onlarla açıq futbol oynamaq çox çətindir”.

Cavab oyunu barədə isə Abramidze bunları söyləyib: “Şanslar bərabərdir. “Qəbələ”yə cavab görüşündə cəmi 1 qol lazımdı. Amma fikir verdim, “Qəbələ” müdafiədən hücuma çox gec keçir. “Qəbələ” mərkəz keçənə qədər, “Dinamo” artıq müdafəni tam bağlayır. Cavab oyununda hər ik komandaya uğurlar arzulayıram. Mən gözəl futbola azarkeşlik edəcəyəm”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31