20 Sentyabr 2026, Bazar günü
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

“Kəpəz” - “Sumqayıt” oyununun vaxtı dəyişdirildi

Təlim-məşq toplanışını Bakıda davam etdirən “Kəpəz”in “Sumqayıt”la keçirəcəyi yoxlama oyununun vaxtı dəyişdirilib. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, qarşılıqlı razılığa əsasən komandalar öncədən deyildiyi kimi iyulun 4-də yox, bir gün sonra qarşılaşacaqlar. Görüşün başlama saatı isə dəyişilməz qalıb. Matç saat 18:00-da start götürəcək.

Xatırladaq ki, ölkə paytaxtında “Kəpəz” 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Sumqayıt”la matçdan sonra “sarı-göylər” ayın 7-də AZAL-la oynayacaq. Bu oyunun da başlama saatı eynidir. Şahin Diniyevin yetirmələri son yoxlama görüşünü iyulun 10-da keçirəcək. “Kəpəz”in rəqibi 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması olacaq. Qarşılaşmanın start fiti saat 11:00-da veriləcək.

Hər üç oyun “Dalğa Arena”da keçiriləcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30