Ölkə futbolu
Gequçadze: “Qəbələ”dən fərqli olaraq, “Dinamo”da..."
Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində “Qəbələ”ni öz meydanında qəbul edəcək Tiflis “Dinamo”sunun bas məsqçisi Georgi Gequçadze "Qəbələ Ik Qəzeti"nə eksklüziv müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, gürcü mütəxəssis açıqlamasında komandasının Avropa Liqasına hazırlıgını və bu yarısda imkanlarını dəyərləndirib, “Qəbələ” ilə baglı fikirlərini bölüşüb.
Bu ilin mayında komandanın “sükanı arxası”na geçən 50 yaşlı gürcü mütəxəssis hazırkı “Qəbələ”nin imkanlarını müfəssəl dəyərləndirməkdə çətinlik çəkib: “Çünki bildiyimə görə, mövsüm bitəndən sonra komandanızın heyətində böyük dəyişikliklər olub. “Qəbələ” Avroliqa oyunları ərəfəsində transfer bazarında çox fəallıq göstərib. Heyətinə cəlb etdiyi oyunçuların karyeralarına nəzər salmışam. Yetərincə səviyyəli futbolçulardır. Buna görə ciddi rəqiblə görüşəcəyimizi və bizi çətin sınaq gözlədiyini deyə bilərəm”.
“Dinamo”nun baş məşqçisi “Qəbələ”nin ötən mövsümdəki oyunlarını izləsə də, komanda haqqında yüksək fikirdədir. Gürcü çalışdırıcı belə bir komandanın formalaşmasında baş məşqçinin böyük rolu olduğunu söyləyib: “Keçən mövsümdə keçirdiyiniz bəzi oyunlarınızın fraqmentlərinə baxmışam. Mükafata layiq, samballı komandadır, meydanda yaxşı təsir bağışlayır. Həm də komanda yaradıcı oyun göstərməyə çalışır. “Qəbələ” rəqibinə xeyli problem yarada bilən komandadır. Ukraynalı həmkarım Roman Qriqorçukla şəxsi tanışlığım olmasa da, karyerasına əsasən, işinə qiymət verə bilərəm. Məşqçilik fəaliyyəti dövründə çox uğurlar qazanıb. Bildiyimə görə, Qriqorçuk savadlı mütəxəssisdir, məşqçilik işindən yaxşı baş çıxarır. Bu, məndə ona qarşı rəğbət oyadıb. Deməli, biz həm də yüksək səviyyəli mütəxəssislə mübarizə aparmalı olacağıq”.
Tiflis “Dinamo”su Avroliqaya hazırlıq məqsədilə Sloveniyada təlim-məşq toplanışı keçib. Hazırlıqdan razı qalan baş məşqçi indiki heyət barədə də qısa məlumat verib: “Bizdən də bir neçə futbolçu gedib, əvəzinə yeniləri gəlib. Məsələn, ötən mövsüm əsas qol ümidlərimizdən olan ispan hücumçu artıq sıralarımızda deyil. İstənilən halda, “Qəbələ”dən fərqli olaraq, “Dinamo”da heyətlə bağlı dəyişikliklər çox deyil. Bizim komanda çox gəncdir. Yetirmələrim baxımlı futbol oynamağa çalışırlar. Futbolda nəticəyə hər şey təsir göstərə bilər. Təsadüfi heç nə olmur. Ola bilər ki, təcrübəli futbolçuların çoxluğu “Qəbələ”nin xeyrinə olacaq. Ancaq gənc futbolçuların çoxluğu bizə üstünlük verə bilər. Bir sözlə, hər şeyi oyunlar göstərəcək. Əvvəldən dəqiq söz demək çətindir”.
Gequçadzenin fikrincə, komandasının mövsüm bitəndən sonra gücləndiyini, yoxsa zəiflədiyini “Qəbələ”ylə oyunlar göstərəcək: “Hesab edirəm ki, Avropa Liqasında oyunlar bizim üçün böyük təcrübə olacaq. Turnirdə məqsədimiz imkan daxilində çox irəliləməkdir. “Qəbələ”nin “İnter”lə yoxlama oyunu keçirərək qalib gəldiyini bilirəm. Ancaq “İnter”i çalışdıran həmyerlim Zaur Svanadze, yaxud həmin komandada oynayan gürcü futbolçulardan hazırkı “Qəbələ” haqda məlumat almamışam”.
“Dinamo”nun çalışdırıcısı ilk oyunun harada keçirilməsinin daha münasib olmasıyla bağlı məsələyə də birmənalı cavab verməyib: “Avrokuboklarda evdə başlayıb, ardından səfərdə oynamağın həm üstünlükləri, həm də mənfi cəhətləri var. İlk matçı öz meydanında keçirirsənsə, oyunun strategiyası da dəyişir. Təbii ki, istəyirəm ki, növbəti mərhələyə keçək. Bunun üçün sonadək mübarizə aparacağıq. Kimin favorit olduğunu oyunadək söyləmək çətindir. Bəli, Tiflis “Dinamo”sunun avrokuboklarda təcrübəsi böyükdür. “Qəbələ” isə yalnız ötən il qitəmqiyaslı turnirdə çıxış edib. Ancaq bu, hələ heç nə demək deyil. Komandada təcrübəni futbolçular yaradır. “Qəbələ”də də belə oyunçular çoxdur”.
Qeyd edək ki, 2004/05 mövsümündə “Dinamo”nu UEFA kubokunun qrupuna o vaxt da komandanın bas məsqçisi olmus Georgi Gequçadze çıxarıb.
|
Mence bu oyunlarin fovariti Qebeledir
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
12.11.2026
11.11.2026
10.11.2026
























