10 Dekabr 2025, Çərşənbə
Qurbanov: “Dayanmaq istəmirik”
Fred Qrim: “Qarabağ”dan qorxmuruq”
Yuri Vernidub rəsmən “Neftçi”də
Qurbanov məğlubiyyəti şərh etdi

Ölkə futbolu

Azərbaycan millisi finala yüksəldi

Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq final oyununa vəsiqə qazanıb. Futbolxeber.az-ın məlumatına görə, qrupun son oyununda yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyunda hesab açılmayıb - 0:0. Hər iki yığmanın xalları, vurulan və buraxılan topların sayı eyni olduğu üçün qrup liderliyini turnirin Əsasnaməsinə uyğun olaraq fair play qaydalarına daha çox riayət edən komanda təmin edib. Gürcüstan komandası ilə müqayisədə daha az sayda kartla cəzalandırılan yığmamız iyunun 26-da, Bakı vaxtı ilə saat 18:00-da, “Astana Arena”da İspaniya yığmasına qarşı keçiriləcək final oyununda mübarizə aparmaq hüququ qazanıb.

Xatırladaq ki, yığmamız turnirdəki ilk oyununda Belarus komandasını 3:1, növbəti qarşılaşmada isə Rusiya-2 yığmasını 1:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.

 


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31